Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbənin ABŞ-da inanılmaz uğuru: 90 min dollar təqaüd qazandı - ŞƏKİL

Tarix: 14-04-2022 10:57     Baxış: 4243 A- / A+

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.
BANM-dən verilən məlumata görə, o, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb.
Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq müraciətini qəbul ediblər.

BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar