Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

MTN İŞİ: Ziyad Səmədzadənin məhkəməyə gətirilməsi TƏLƏB EDİLDİ

Tarix: 13-04-2022 12:30     Baxış: 4202 A- / A+

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Manevr.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, prosesdə zərərçəkən, iş adamı Zaur Əliyev Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin və deputat Ziyad Səmədzadənin məhkəməyə şahid qismində çağırılmasını tələb edib:
“Mövlam Şıxəliyev və başına yığdığı digər quldurlar bizdən hədə-qorxu ilə 20 milyon manat alıblar. Hesab edirik ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manat olardı. İbrahim Zeynalovu MTN-də girov olaraq 7 ay 17 gün saxlayıblar. Həmin müddətdə o, günboyu MTN-də oturaraq qohum-qardaşının bu cinayətkar dəstənin ondan tələb etdikləri 10 milyon dolların toplanmasını gözləyib. Yasin Məmmədov deyib ki, “pulu düzəlt ver, nazirin göstərişidir ki, sənə baxaq”. Bunların dəstəsinin başçısı Eldar Mahmudov idi. İbrahim Zeynalov Ziyad Səmədzadənin dostu olub. İbrahim həmişə onun cibinə pul qoyub. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edib. Ziyada qızıl saat verib, xarici səfərləri zamanı gediş-gəliş pulunu ödəyib, xərclik verib”.
Digər zərərçəkən, sabiq iş adamı Hüseyn Səfərov hakim Elbəy Allahverdiyevin prosesi ədalətsiz apardığını iddia edib: “Bütün vəsatətlərimizi qulaqardına vurursuz. Ötən prosesdə təqsirləndirilən Vüsal Ələkbərovun həbsini tələb etdik. Amma siz yenə də hakimlik yox, bunlara himayədarlıq etdiniz. Həmin prosesdən sonra məhkəmə zalında Vüsal Ələkbərov təhqiramiz ifadələr işlətdi. Bizi məcbur edirsiz ki, məhkəmə zalında əlbəyaxa olaq? Biz başa düşürük ki, siz uzun illər Mövlam Şıxəliyevin rəhbərliyi altında müstəntiq işləmisiz. Bu gün də gəlib burada hakimlik etməyiniz ağlasığmazdır.
Bu gün zərərçəkən Zaur Əliyev vəsatət verib Ziyad Səmədzadənin, Mövlam Şıxəliyevin bizə qarşı cinayətlərdə iştirak etmiş oğlunun məhkəmədə şahid qismində dindirilməsini istəyir. Biz zərərçəkənlər bu vəsatəti dəstəkləyirik. Ziyad Səmədzadə deputatdır deyə siz ondan çəkinirsiz? Bizim hər birimizin durumu İbrahim Zeynalovdan fərqli deyil. Bu gün mən kirayədə yaşayıram. Mövlam Şıxəliyev həbsdə olsa da, onun təkcə “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzili var. Bizim pullarımız hesabına alınmış mənzillərdir. Bu gün Mövlam Şıxəliyev, Vüsal Ələkbərov deyir ki, sizdən alınan pul rüşvətdir. Halbuki bizdən o pulları hədə-qorxu ilə, ailələrimizə təzyiq göstərməklə alıblar. Övladlarımızı hədələməklə, “kars”a salıb orada işgəncə verdirməklə, aylarla qanunsuz həbsdə saxlamaqla, evlərimizi, maşınlarımızı, həyat yoldaşlarımızın, qızlarımızın qızıllarını satdırmaqla alıblar. Bu gün aldıqları pula rüşvət adı qoyub canlarını qurtaracaqlarını düşünürlər. Bunu sizin susqun havadarlığınızla edirlər. Sizə xəbərdarlıq edirəm, burada çox pis hadisələr olacaq və bütün baş verənlərin məsuliyyəti sizin üzərinizdədir. Bilin ki, bizim itirəcəyimiz bir şey qalmayıb”.
Digər zərərçəkən sahibkar Elvar Əliyev isə Mövlam Şıxəliyevin azad edilməsi üçün şərikləri tərəfindən 30 milyon manat pul yığıldığını deyib: “Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul verilməldir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün?”.
Hakim prosesi dayandırıb və iclasın aprelin 19-da davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar