Xəbər lenti
Bərdə, Tərtər və Ağdamda elektrik verilişi dayanıb
Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.
Tərtər rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonun elektrik təsərrüfatına da ziyan dəyib.
Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.
Hazırda Bərdə, Tərtər və Ağdamda elektrik enerjisi yoxdur. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























