Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlar mafiya kimi bazarı öz əllərində cəmləşdirib” – Ekspertdən AÇIQLAMA

Tarix: 12-04-2022 20:27     Baxış: 3191 A- / A+
Avtomobil almaq çoxumuzun arzusudur. Lakin qiymət məsələsinə görə bəzən tərəddüd edirik. Bəs avtomobil bazarında hazırki vəziyyəti necə dəyərləndirmək olar? Alıcılar hansı markalara üstünlük verir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərin qiymətinin bir qədər də arta biləcəyini deyib: “Bir çox ölkələrdən gətirilən avtomobillərin qiymətində artım müşahidə olunur. Ənənəvi məşhur modellərin qiyməti artdığına görə, alıcılar Çin avtomobillərinə daha çox maraq göstərir. Rusiyanın Avropa brendlərinə oxşar bəzi modelləri var ki, onlara da maraq artıb. Lakin Rusiya-Ukrayna müharibəsi bu sahəyə də öz təsirini göstərdi. Rusiyada avtomobil bazarında qiymətlər təxminən 30 faizdən çox bahalaşıb. Bu, Azərbaycana hələlik çox ciddi təsir göstərməyib. Çünki ilin sonlarına yaxın Azərbaycana kütləvi avtomobil gətirildi və hələlik həmin maşınlar satışdadır. Ola bilsin ki, növbəti mərhələdə qiymətlər müəyyən qədər artsın”.
Ekspert qeyd edib ki,  Azərbaycanda avtomobil bazarı alverçilərin əlində dövr edir: “Alverçilər hansısa ölkədə bizə aidiyyəti olmayan səbəbləri əsas gətirib qiymətləri artırır. Onlar mafiya kimi bazarı öz əllərində cəmləşdirib öz bildiklərini edir. Bəzən özləri süni qiymət artımına yol verir. Yanvar ayından etibarən maşınların qiymətində artım müşahidə olunur. Bəzi modellərin qiymətində iki min manatadək artım var. Bu, xüsusilə dizellə işləyən avtomobillərə aiddir. Çünki hökumət yanvarın 1-dən etibarın ölkəyə gətirilən dizel mühərrikli avtomobillərə görə, rüsumları artırıb. Ekoloji təhülkəsizliyin təmin olunması üçün dizel avtomobillərin ölkəyə gətirilməsinə müəyyən sanksiyalar tətbiq edilir. Bir çox ölkələr həmin maşınlardan artıq imtina edib. Lakin rüsum fərqi artıdqca alverçilər bunu bəhanə edib qiymətləri 3 qat bahalaşdırır. Bu isə özbaşınalıq deməkdir”.
Bakının köhnə avtobus problemi - Çıxış yolu yoxdurmu? - Avtosfer.az
Ekspert daha çox tələb olan avtomobil markalarının da adlarını açıqlayıb: “Alıcıların əksəriyyəti daha çox “Mercedes”, “Toyota”, “Honda” kimi avtomobil markalarına üstünlük verir. Dünyanın ən təhlükəsiz avtomobili kimi məşhurlaşan “Volvo”ya da maraq çox böyükdür. Çünki onun təhükəsizlik elementləri çoxdur və qəza zamanı ölüm riski aşağıdır. “Ford”un elə modelləri var ki, qiymətinə görə dəb halını alır. Həmçinin, “Mercedes” azərbaycanlıların ən sevimli markasıdır. Müəyyən qadağalardan sonra “Mercedes”in köhnə modelləri yeniləri ilə əvəz olunub. Yapon brendi olaraq “Toyota”ya hər zaman böyük maraq olub. “Toyota” avtomobilləri yolsuzluq şəraitinə dözümlüdür. Onun hibrid modellərinə Azərbaycanda da maraq çoxdur. Lakin təəssüf ki,  ölkəmizə daha çox buraxılış ili köhnə olan hibridlər gətirilir. Güzəşt mexanizmi təkmilləşərsə gələcəkdə ölkəmizə yeni model hibridlərin gətirilməsinin şahidi ola bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar