Xəbər lenti
Azərbaycanlı tələbə rus hərbçilərdən azad edildi

Manevr.az report-a istinadən xəbər verir ki, bunu tələbənin əmisi Cahin Abdullayev deyib.
"Hüseynin saxlanıldığı ərazidən 130 kilometr aralıqda yerləşən Zaporojye şəhərinə gətirilərək Azərbaycan diasporasının nümayəndələrinə təhvil verilməsi barədə rus hərbçilərlə razılıq əldə olunmuşdu. Mən bu gün günorta saatlarında Hüseynlə danışdım və bildirdi ki, artıq rus hərbçiləri onu Zaporojye şəhərinə aparmaq üçün hazırlıq işləri görürlər. Bizə deyiblər ki, Hüseyn bir həftə ərzində Azərbaycana göndəriləcək".
Qeyd edək ki, Neftçala rayon sakini, Hüseyn Amil oğlu Abdullayev Ukraynanın Mariupol Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.
H. Abdullaev 25 gün bundan əvvəl universitet yataqxanasının zirzəmisindən tələbə yoldaşları ilə birgə çıxaraq Azərbaycana qayıtmaq istəyərkən rus hərbçiləri tərəfindən girov götürülmüşdü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar