Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İrəvan sülh müqaviləsi imzalamaqdan yayınacaq”

Tarix: 08-04-2022 20:24     Baxış: 3241 A- / A+
“İrəvan sülh müqaviləsi imzalamaqdan yayınacaq”"Brüssel görüşü və orada əldə edilən nəticələrin reallaşması məsələsində o qədər də optimist deyiləm. Çünki hiss olunur ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil”.
Manevr.az xəbər verir ki, bunu politoloq Natiq Miri Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib.
Onun fikrincə, bu səbəbdən Brüssel görüşü də növbəti görüşlərdən biridir:
"Artıq bu görüşlər çərçivəsində bəyannamələr qəbirstanlığı yaranır. 10 noyabr, 11 yanvar, 26 noyabr, 14 dekabr və nəhayət sonuncu Brüssel görüşü ilə 5 bəyanat qəbul olunub. Buna rəğmən irəliyə doğru zərrə qədər də addım atılmayıb”. 
Ekspert onu da vurğulayıb ki, Ermənistan Brüssel görüşündən irəli gələrək sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar atmayacaq:
"Brüssel görüşü Azərbaycanın istədikləri fonda baş verdi. Nəticələr də Azərbaycanın geosiyasi maraqlarına, Qarabağla bağlı planlarına uyğundur. Ancaq burada fərq yalnız Ermənistanın davranışında baş verə bilər. Sərhədlərin müəyəynləşməsi üçün kommisiya yaradılması, sülh müqaviləsinin hazırlanması ilə bağlı xarici işlər nazirliklərinə göstərişlərin verilməsinə rəğmən, Paşinyan hələ də Qarabağın statusu məsələsinin həll olunmadığı, bu məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllini gözlədiklərini iddia etməkdə davam edir. Həmçinin, gələcək sülh müqaviləsinin şərtlərində bu məqamın razılaşdırılmalı zərurətini ortaya atır. Bu isə onu vəd edir ki, Paşinyan istənilən an istəklərinin nəzərə alınmadığını bəhanə gətirməklə sülh müqaviləsini imzalamaqdan imtina edəcək”.
N.Miri düşünür ki, Azərbaycan prosesin real olaraq irəliləməsini istəyirsə, Laçın dəhlizinə nəzarət etməlidir:
"Paşinyan yenə də Qarabağın statusundan, Fərrux yüksəkliyindən Azərbaycan Ordusunun geri çəkilməsinin yalnız Rusiya rəhbərliyilə müzakirə predmeti olacağından danışırsa, sülh danışıqları məsələsində optimist olmağa hələ də yer yoxdur. Ermənistan rəhbərliyinin atdığı heç bir imzaya güvənmək olmaz. Ona görə də Azərbaycan hadisələr yaratmaqda davam etməlidir. Növbəti addım olaraq Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçməlidir”./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar