Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya niyə geri addım atdı, Peskov NATO barədə açıqlaması ilə nə demək istəyir? - AÇIQLAMA

Tarix: 08-04-2022 17:48     Baxış: 3299 A- / A+
twitter sharing buttonemail sharing button
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Sky News”a müsahibəsində bildirib ki, “Finlandiya və İsveçin NATO-ya üzv olması Rusiya üçün təhlükə yaratmayacaq. Peskov qeyd edib ki, sözügedən iki ölkə NATO-ya daxil olarsa, Rusiya vəziyyəti yenidən balanslaşdırmalıdır.

Bəs görəsən, Peskovun bu açıqlaması əslində nədən xəbər verir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Tural İsmayılovbildirib ki, Peskovun verdiyi bu açıqlama müəmmalıdır:
                             
“Çünki Rusiya geosiyasi oyun qaydalarını düzgün oynayan bir dövlətdir. Böyük güclər öz coğrafiyasına digər hərbi blokların və alyansların yaxınlaşmağını istəmir. Bu, təbii prosesdir. Rusiya NATO-nun öz coğrafiyasına doğru genişlənməyini arzuolunmaz hesab edir. ABŞ isə Cənubi Amerikada müəyyən solyönümlü hökumətlərin Rusiyaya yaxınlaşmağını istəmir. Bu mənada ola bilsin ki, Peskovun fikirləri kontekstdən çıxarılıb. Yəqin ki, Peskov NATO-nun genişlənməsi Rusiyanı narahat etmir dedikdə NATO-nun öz arealını nəzərdə tutur”.
Politoloq əlavə edib ki, Rusiyanın Qərbi Avropa və Şimali Amerika qitəsində öz siyasi ideallarını gerçəkləşdirmək perspektivləri yoxdur:
“Rusiyanın NATO sərhədlərinə doğru genişlənməsi və ya NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi geosiyasi qaydaların pozulması deməkdir. Hazırki situasiyanın qeyri-müəyyənliyi dövlətlər arasında konfliktlərə səbəb olub. Əgər bu konfliktlər bir qədər də dərinləşərsə, qlobal iqtisadi sistem üçün ciddi problemlərə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, BMT yaxın gəlkəcəkdə bütün dünyanı gözləyən ərzaq böhranı ilə bağlı xəbərdarlıq edib. Bu mənada indiki halda geosiyasi gedişlərin düzgün mənimsənilməsi çox vacibdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar