Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vaşinqton Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edir - Lavrov

Tarix: 07-04-2022 16:14     Baxış: 4200 A- / A+



ABŞ və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir.
TASS bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Kiyevin danışıqlar aparmaq iqtidarında olmamasına və onun "əldə edilən anlaşmalardan kənara çıxaraq danışıqları uzatmağına" işarə edib. "Biz bunu Kiyevin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük ki, onlar prezident Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər", - deyə diplomatik departamentin rəhbəri vurğulayıb.
Rusiya bütün təxribatlara baxmayaraq, Ukrayna ilə danışıqlar prosesini davam etdirəcək, öz saziş layihəsini irəli sürəcək. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhində deyilir.
"Bütün təxribatlara baxmayaraq, Rusiya nümayəndə heyəti bizim bütün ilkin, əsas mövqelərimizi və tələblərimizi aydın və tam şəkildə əks etdirən saziş layihəsini irəli sürərək danışıqlar prosesini davam etdirəcək", - nazir bildirib.
Xarici işlər naziri əlavə edib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir, belə bir ssenari Moskva üçün qəbuledilməzdir.
"Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu plan başa düşüləndir, lakin qəbuledilməzdir", - Rusiya diplomatik departamentinin rəhbəri vurğulayıb.
İstanbul razılaşmalarından çəkilmə
Lavrov deyib ki, aprelin 6-da Kiyev öz saziş layihələrini danışıqlar qrupuna təqdim edib və bu, martın 29-da İstanbulda keçirilən görüşdə qeydə alınan ən mühüm müddəalardan kənara çıxdığını açıq şəkildə göstərir.
"Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz saziş layihələrini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə təsbit edilmiş, üstəlik, Ukraynanın nümayəndə heyətinin rəhbəri Araxamiyanın imzaladığı sənəddə təsbit olunmuş ən mühüm müddəalardan kənara çıxır", - Lavrov dedi.mili.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar