Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Müharibədən sonra Türkiyə Cənubi Qafqazda...” - Ərdoğandan kritik addım

Tarix: 04-04-2022 21:16     Baxış: 4235 A- / A+

“Müharibədən sonra Türkiyə Cənubi Qafqazda...” - Ərdoğandan kritik addım“Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar müsabətə doğru dəyişir. Hesab edirəm ki, bu, Ankaranın Şərqi Avropa və Qara dənizdə Rusiyanın qarşısında daha da güclənməsi deməkdir”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Ukraynadakı müharibədən sonra Türkiyə-Rusiya əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq:
“Türkiyə aralarındakı yüksək səviyyəli əməkdaşlığa baxmayaraq, Rusiyanın apardığı siyasəti regional təhlükəsilziyə təhdid görür. Düşünürəm ki, Türkiyə bundan sonra Rusiyadan silah almayacaq. Artıq xüsusilə “S-400” hava müdafiə sistemlərinin növbəti partiyasının alınması və Türkiyədə birgə istehsalı real görünmür.
Eyni zamanda, bu müharibə Rusiyanın silah ticarəti bazarına mənfi təsir göstərməklə yanaşı, öz yerinin Türkiyənin əlinə keçməsi də mümkündür. Türkiyənin modern silahları Rusiyanın hərbi sənaye kompleksinin məhsullarını geri qoyur. Bu, Qarabağdan sonra Ukraynada da sübut olundu. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsinin nəticələrindən biri də o olacaq ki, Türkiyə Şərqi Avropa, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı mövqelərini gücləndirəcək. Bu bölgələrdəki nüfuz mübarizəsində Türkiyənin Rusiyanın önünə keçəcəyini indidən demək mümkündür”.
Məhəmməd Əsədullazadə Rusiya və Ukryannın Ankaranın vasitəçiliyi ilə sülh anlaşması əldə etməsini də mümkün hesab edir:
“Əgər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin prezidentini İstanbulda bir araya gətirib sülh müqaviləsinin bağlanmasına nail olsa, Ankara beynəlxalq sülh yardan ölkə statusunu alacaq. Həmçinin bu, Türkiyə daxilində Ərdoğanın reytinqini yüksəldəcək. Bu isə 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilərdən əvvəl Ərdoğana qalibiyyət xalları qazandıra bilər.
Təbii ki, AKP və ya Ərdoğanın hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir. Regionda başlayan yeni geostrateji porseslərin davamı və Türkiyənin öz üzərinə götürdüyü uğurlu rol da AKP-nin hakimiyyətdə qalmasını labüd edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar