Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya razılıq verib, Krım istisna olmaqla...

Tarix: 03-04-2022 13:47     Baxış: 4222 A- / A+


Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamiya hesab edir ki, qarşı tərəf ümumilikdə Kiyevin təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.
Manevr.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.
"İstanbulda mövqeyimizi açıqladıq. Prinsipcə, Rusiya Federasiyası artıq öz rəsmi cavabını verib, o da bundan ibarətdir ki, Krım məsələsi istisna olmaqla bizim təklif etdiyimiz bu mövqeyi qəbul edirlər. Kuleba bildirdi ki, hələ rəsmi təsdiq yoxdur. O, bunun yazılı şəkildə olmasını gözləyir", - Araxamiya deyib.
Deputat vurğulayıb ki, Rusiya Ukraynanın təkliflərinə şifahi razılıq verib: "İndi tərəflər müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməsi üzərində işləyəcəklər".
Araxamiya qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.
Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə, potensial qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır.
Türkiyədə bundan əvvəl keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti Krımın statusu ilə bağlı 15 il danışıqlar aparmağı təklifini irəli sürüb. Kreml tezliklə məsələnin müzakirəsini rədd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar