Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Məndən soruşaydılar ki, niyə qapalı məkanda siqaret çəkirsiz?” - Deputat

Tarix: 02-04-2022 20:15     Baxış: 3262 A- / A+
“Məndən soruşaydılar ki, niyə qapalı məkanda siqaret çəkirsiz?” - Deputat


“Kofe, çay içməyə gedirəm, doğrudur, amma aksiz markası olmayan siqaret çəkmirəm. “Kent” markalı siqaretdən yalnız icazə verilən yerlərdə istifadə edirəm. Ona görə də haqqımda deyilənlər həqiqətə uyğun olmayan məlumatlardır. Xahiş edirəm, yalan danışmayaq. Gərək, kafedə yaxınlaşıb məndən soruşaydılar ki, siz niyə icazə verilmədiyi halda qapalı məkanda siqaret çəkirsiz? Nə böyük problem idi ki?!”
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat qeyd edib ki, yaxınlaşıb etiraz etməyiblərsə, deməli, yalandır: “Ola bilər ki, hansısa restorana girəndə maskanı çıxarmışam. Amma üstümdə biri ağ, biri qara olmaqla həmişə iki maska olur. Maraqlıdır ki, belə olan halda niyə yaxınlaşıb sual vermirlər. Millət vəkili də adi insandır, kofe içmək üçün kafeyə, çayxanaya gedə, icazə olan yerdə siqaret çəkə bilər. Mənim öz silahımı özümə qarşı çevirmək lazım deyil. Maraqlıdır ki, hansı nazir, nazir müavini, şöbə müdirini kofe içən yerdə görüb belə fikirlər səsləndirə bilirlər? Əlbəttə, heç birinin. Sadəcə olaraq, cəmiyyətə yaxın olanda, insanlarla təmas quranda belə fikirlər səsləndirilir. Açıq insanam, mənə yaxınlaşaraq yerindəcə münasibət bildirə bilərdilər  Bir də, ola bilər ki, ötən gün aprelin 1-i olduğu üçün kimsə zarafat edib”.
Sosial şəbəkələrdə deputat Rüfət Quliyevin ötən gün kafedə-qapalı məkanda tibbi maskadan istifadə etməməsi, üstəlik istehsalçısı Azərbaycanda təmsil olunmayan “Philip Morris” şirkəti olan “Marlboro” markalı siqaret çəkməsi ilə bağlı məlumatlar yayılıb./pravda.az
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar