Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Tarix: 02-04-2022 19:19     Baxış: 3257 A- / A+
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

 
Azərbaycan xalqının işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizəsinin şərəfli səhifələrindən biri olan Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il aprelin 2-də Ermənistanın törətdiyi hərbi təxribatlara cavab olaraq müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi ilə nəticələndi.
Apreldə 4 gün davam edən əməliyyatlar Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müasir hərbi çağırışlara uyğun olaraq həyata keçirdiyi ordu quruculuğu və hərbi islahatlar məhz Aprel döyüşlərində ilk dəfə özünü praktik tərəfdən göstərdi. Ona qədər hərbi paradlarda şahidi olduğumuz müasir hərbi imkanlarımız ilk dəfə bu hərbi əməliyyatlar zamanı öz sözünü dedi. Çoxsaylı insani və texniki tələfatlar verərək geri çəkilmək məcburiyyətində qalan erməni hərbi bölmələri Azərbaycan Silahlı Qüvvələrinin gücünü öz üzərlərində hiss etdilər. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə və hərbi texnika itirdiyini etiraf etdi. Hələ Aprel döyüşlərinə qədər hərbi reytinq agentlikləri Azərbaycanın artan hərbi gücünü hesabatlarında  göstərirdilər. Aprel döyüşlərində isə praktik şəkildə sübut olundu ki, ordumuzun qarşısında düşmən duruş gətirə bilməkdə acizdir.
Aprel döyüşləri həm də hərbçilərimizin yüksək hərbi hazırlığını nümayiş etdirdi. Belə ki, ermənilərin keçilməz hesab etdikləri bir neçə müdafiə mərhələsindən ibarət “Ohanyan səddi” ilk olaraq Aprel döyşlərində yarıldı. Hərbçilərimiz düşmənin təxribatının qarşısını almaq və onu layiqli şəkildə cəzalandırmaq üçün həyata keçirdikləri hərbi əməliyyatlar zamanı olduqca böyük peşəkarlıq nümayiş etdirdilər. Beləliklə, həm Ermənistan qarşısındakı hərbi üstünlük, həm də hərbçilərimizin peşəkarlığı Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğunun döyüş meydanındakı təcəssümü kimi tarixə düşdü.
Aprel döyüşləri həm də Azərbaycan Ordusunun şəxsi heyətnin vətənpərvərliyinin tərənnümü oldu. Zabitlərimiz, gizirlərimiz, əsgərlərimiz bu döyüşlərdə qəhrəmanlıq dastanları yazdılar, vətəni sevməyin nümunələrini yaratdılar. Azərbaycan xalqı Aprel döyüşlərinin şəhidlərinin əziz xatirəsini hər zaman ehtiramla yad edir və edəcək.
4 günlük Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qələbə salnaməsi yazdı. Ermənistan hərbi birləşmələri bu hadisələrdə Azərbaycan Ordusundan layiqli cavab aldılar. Lələtəpənin azad edilməsi, Cocuq Mərcanlı kəndinin bərpası bu qələbənin rəmzlərinə çevrildi. Bu qələbə həm də torpaqlarımızın işğaldan azad ediləcəyi tarixin artıq çox uzaqda olmadığından xəbər verdi. Elə 44 günlük Vətən müharibəsindəki Zəfərə gedən yol da Aprel döyüşlərindən başladı. Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: “Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan Aprel döyüşlərindən başlanmış Zəfər yürüşünü 44 günlük müharibədə layiqincə davam etdirib uğurla başa vurdu. Bu gün həm də Aprel şəhidlərinin ruhları sevinir. Çünki uğrunda şəhid olduqları vətənimizin ərazi bütövlüyü təmin olunub.
İşğaldan azad olan Qarabağ və Şərqi Zəngəzur yeni dövrlərini yaşayır. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız bu gün Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə sürətlə yenidən qurulur, tarixi şöhrətini özünə qaytarır.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar