Xəbər lenti
Ermənistanın Rusiyaya xəyanəti: KTMT üzvü olan ölkə NATO-ya meyillənir - ŞƏRH

Manevr.az xəbər verir ki, bu fikirləri “report”a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib
O bildirib ki, bugünkü Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqlarında mövcuddur:
“Eyni iddialar SSRİ süquta uğradığı ərəfədə Azərbaycana qarşı irəli sürüldü. Bu hadisələr hər kəsin gözü qarşısında baş verib. Ermənistanın ikiüzlü siyasətindən təəccüblənmək lazım deyil. Çünki bu erməni siyasətinə xarakterikdir. İndiki şəraitdə də NATO ilə Rusiya arasında manipuyativ hərəkətlər etmək isə ümumiyyətlə nonsensdir. Çünki Ermənistan faktiki olaraq KTMT-də təmsil olunur. Bu təşkilatın üzvü olan bir dövlətin başqa bir hərbi siyasi bloka meyillənməsi tarix boyu rast gəlinməmiş yanaşmadır. Ermənistanın NATO-ya meyillənməsi həm KTMT-yə, həm də orada dominant rol oynayan Rusiyaya xəyanət kimi dəyərləndirilməlidir”.
Politoloq vurğulayıb ki, Ermənistanın “Su-30” qırıcılarının Ukraynaya göndərməsi çox gülüncdür:
“Mahiyyət etibarı ilə bu da Ermənistanın ikibaşlı oyununu sübuta yetirir. Bir tərəfdən Rusiya ilə hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyir və onun atdığı addımlarda iştirak etdiyini ortaya qoymaq istəyir. Digər tərəfdən isə bunun belə olmadığını sübut etmək üçün NATO qarşısında özünü təmizə çıxarmağa çalışır. Ermənistan qırıcılarının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi faktdır və həmin təyyarələrin hərəkəti üzrə müvafiq qaydada kosmik görüntülər əldə olunmaqla sübuta yetirilib. Bu faktın təsdiqini tapmasına baxmayaraq, Ermənistan həmin qırıcıları əməliyyatlardan sonra öz ərazisinə gətirib, NATO attaşelərinə göstərir ki, bu qırıcılar hərbi əməliyyatlarda iştirak etməyib. Bir tərəfdən Rusiya tərəfində olduğunu göstərmək istəyir, digər tərəfdən isə NATO qarşısında özünü təmizə çıxarır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar