Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Ermənistana yardımı azaldır, Qarabağın üzərindən xətt çəkir – İrəvana ZƏRBƏ

Tarix: 29-03-2022 19:57     Baxış: 3228 A- / A+


ABŞ-ın 2023-cü ilin büdcəsi Ermənistanı məyus edəcək. Bayden Administrasiyasının ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırması bunu deməyə əsas verir. 

Bu məbləğ 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Bayden Administrasiyasının bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika erməni milli komitəsinin (ANCA) narazılığına səbəb olub. Erməni diasporu/lobbisi istəyinə nail ola bilmir.

Erməni diasporu/lobbisini narazı salan məqamlardan biri də Prezident Baydenin Konqresdən 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayrılmasını istəməsidir. Bu yardıma Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.

Ağ Evin 2023-cü il üçün büdcə təklifində əsas diqqətçəkən məqam Qarabağla bağlıdır. 2022-ci il büdcəsində minaların təmizlənməsi məqsədilə Qarabağa 2 milyon dollar ayıran Vaşinqton 2023-cü ilin büdcə təklifinə bu məsələni ümumiyyətlə daxil etməyib.

Belə bir addım 44 günlük müharibədən sonra regionda yaranmış reallığın Bayden Administrasiyası tərəfindən qəbul edilməsi deməkdir. Yeni reallıqda nə “Dağlıq Qarabağ” adlı ərazi vahidi, nə də qondarma “DQR”mövcuddur. ABŞ-ın indiyə qədər bu qondarma rejimə maliyyə yardımı ayırması beynəlxalq hüquqa zidd adımdır. Ayrılan milyonlarla dolların hamısı isə kriminal-terrorçu rejim tərəfindən mənimslənilirdi və böyük ehtimalla bu mənimsəmədə ABŞ-ın maliyyə yardımı ayırmasına nail olan erməni diasporu/lobissinin də öz payı var idi. Artıq nə “Dağlıq Qarabağ”, nə də qondarma “dqr” olmadığı üçün ABŞ-ın Qarabağa yardım ayırmasına heç bir bəhanə yoxdur.

ANCA təşkilatı isə artıq Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardımın ayrılması üçün müraciət edib. Təbii ki, erməni diasporu/lobbisi təxribat planlarından əl çəkmək istəmirlər, lakin ANCA bununla iki məsələdə etiraf da etmiş olur:
- ya 50 milyon dollar yardım istəyi ilə Qarabağın hazırda boş olduğunu, ermənilərinhamısını oradan qaçdığını etiraf edir;
- ya da “ölü canlar” üzərindən ayrılan vəsaiti mənimsəməyə çalışır;

Bayden Administrasiyasının istəyi 2022-ci il büdcəsində ermənilərə verilən dəstəyin 2023-cü ildə verilməyəcəyi gözləntisini artırır. Bütün hallarda ABŞ-ın erməni lobbisinin təhriki ilə Ermənistana böyük məbləğdə yardım ayırmaması düzgün addımdır. Onsuz da ayrılan yardımlar illərlə kriminal hakimiyyət tərəfindən mənimsənilib. İndi Ağ Ev Ermənistana ayrılan yardımın miqdarını azaltmaq, Qarabağa isə ümumiyyətlə heç bir yardım ayırmamaq qərarına gəlib.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar