Xəbər lenti
“Moskva vəziyyəti gərginləşdirmək üçün fürsət axtarır” - Natiq Cəfərli

Manevr.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyib.
Onun qənaətincə, hazırda Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi Rusiya üçün sərfəlidir:
“Birincisi, dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaqdır. İkincisi, dünyada indi yeganə “pozitiv” aktivi olan ölkəmizdəki “sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaqdır. Üçüncüsü, Qərb dövlətlərini bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etmək. Dördüncüsü, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaqdır. Beşincisi, Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etmək”.
Siyasətçi qeyd edir ki, bütün bunları anlayaraq çox ehtiyatlı, diqqətli, səbrli davranmalıyıq:
“İndiki zamanda Moskvanın təxribatlarına getmək olmaz, bü gün ölkədə kimlərsə, “məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək” - kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da siyasi baxımdan savadsızdırlar. Bu gün Rusiya Müdafiə Nazirliyinin açıqlaması bizim daha sərtləşməyə təhrik etmək üçündür, bunu unutmayaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar