Xəbər lenti
Hərbi ekspert: “Azərbaycan Ermənistanı üçtərəfli bəyanatın öhdəliklərinin icrasına məcbur edəcək”

Bunu “report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O xatırladıb ki, Fərrux kəndi uğrunda Birinci Qarabağ müharibəsində çox qanlı döyüşlər gedib:
“Bu kənd Azərbaycan və Ermənistan arasında dəfələrlə bir tərəfdən digərinin nəzarətinə keçib və son nəticədə biz oranı qoruyub-saxlaya bilməmişdik. Fərrux kəndi, əlbəttə ki, Qarabağda mövcud olan və Ağdam, Əsgəran, Xankəndi, Xocalı ərazilərinə nəzarət etməyə imkan verən strateji bir yüksəklikdir. Digər tərəfdən, Ağdərə ilə Qarabağı bağlayan, yəni Kəlbəcər-Ağdərə avtomobil yolunun Fərrux kəndindəki yüksəklik vasitəsilə atəş altında nəzarətə götürülməsi mümkündür”.

“Çünki biz artıq ilyarıma yaxındır ki, erməni silahlı dəstə üzvlərinin bu ərazilərdən çıxarılacağını gözləyirik. Nə Rusiya sülhməramlıları öz üzərilərinə düşən vəzifələri sonuna qədər yerinə yetirirlər, nə də Ermənistan tərəfi Azərbaycanın verdiyi beş bənddən ibarət təklifi tam qəbul edir. Əksinə olaraq, bu təkliflərə əlavələrini etməyi də özünə rəva bilir.
Xatırladıram ki, Ermənistan ordusunun fəaliyyəti sıfıra bərabər bir şey oldu. Son günlərdə bir güllə atılmamış belə, Rusiyanı və dünyanı ayağa qaldırmağa çalışdılar. Amma kimsə Ermənistanın əsassız səs-küyünə artıq inanmadı. Onların müttəfiqləri olan Rusiya da, hətta digər ölkələr də ermənilərin 30 il ərzində söylədikləri yalanlardan yorulduqlarını nümayiş etdirdilər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar