Xəbər lenti
Putinin son və yeganə ümidi bu ölkədir... – Politoloq
"Rusiya Prezidenti Vladimir Putinin Avropada dost olmayan dövlətlərə qazı rublla satacağı açıqlaması müxtəlif reaksiyalara səbəb olub. Putin bu qərarla həm onu tənqid edən Avropa ölkələrini cəzalandırmaq, həm rublu möhkəmləndirmək, həm də dollar və avronun mövqelərini zəiflətməyi planlaşdırır. Rusiyadan qaz alan Avropa ölkələrinin iki seçimi var: Ya Rusiya bazarında rubl alaraq Putinin istəyinə uyğun ödənişi həyata keçirmək, ya da Rusiya qazından imtina etməkdir”.
Manevr.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Avropa ölkələri rublla ödəmə həyata keçirsələr, Ukraynadakı işğalçı müharibə ilə əlaqədar Rusiyaya qarşı elan etdikləri sanksiyalara zidd qərar vermiş olacaqlar:
"Soyuq ayların bitməsinə az qalıb. Bu baxımdan Avropa ölkələrinin bir qismi ödəməni əvvəlki qaydada həyata keçirib növbəti il üçün alternativ enerji bazarlarını tapmağa çalışacaqlar.
Avropa ölkələrindən Almaniyaya çətin olacaq. Bu ölkə qaza olan tələbatının təxminən yarısını Rusiyadan alır. Avstriya müqavilədə göstərildiyi kimi Rusiyadan aldığı qaza görə bundan sonra da ödəməni avro ilə ödəyəcəyini bəyan edib. Polşa gələn ildən ümumiyyətlə Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır”
"Kremlin tək ümidi Çindir. Rusiya Çinə uzanan boru xətti inşa edib. Boru xəttinin nəql imkanı 38 milyard kubmetrdir. Ancaq il ərzində bunun yarısı qədər qaz nəql edilib. Kreml "Sibirin gücü - 2” adlanan boru xətti ilə Çinə əlavə olaraq 50 milyard kubmetr nəql etməy planlaşdırır.
Buna baxmayaraq, Çin Rusiyanın ona təklif etdiyi qaz həcmini almağa tələsmir. Pekin Brüsselin strategiyasından istifadə edir. Çin yalnız Rusiyadan aldığı qazdan asılı olmaq istəmir. Çin qonşuları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan da qaz alır. Rusiya Çinə bu ölkələrdən daha ucuz qaz qiyməti təklif edir. Bununla Kreml Çinin Rusiya qazına üstünlük verəcəyinə ümid edir. Ancaq qiymətlər fərqli olsa belə Pekin qazın alınmasında şaxələndirməyə üstünlük verir. Bu o deməkdir ki, Rusiyanın Çin bazarına olan ümidləri özünü doğrultmaya da bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar