Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Politoloq Zelenskinin son açıqlamasını şərh etdi

Tarix: 21-03-2022 22:17     Baxış: 4209 A- / A+

"Rusiya düşünür ki, doğrudan bunlar həmin xoxollardır? Yox, ola bilməz" 

Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlaması dünyaya yeni mesaj olub. 
Manevr.az xəbər verir ki, V.Zelenski Ukraynaya verilən ultimatumlardan danışıb: "Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək".
Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop
Politoloq Şahin Cəfərli hesab edir ki, bu savaş bir daha Rusiyanın müasir Ukraynanı tanımadığını, onun siyasi sistemini başa düşmədiyini, ukraynalıların mentalitetini bilmədiyini göstərib: "Moskva heç cür anlamır ki, necə ola bilər, Ukrayna kimi dünənə qədər bizim bir parçamız olan, əzdiyimiz, təhqir etdiyimiz, xoxol adı verib aşağıladığımız ölkənin rəhbəri öz parlamenti və xalqı ilə məsləhətləşmədən ona təklif olunan sənədi imzalamasın? Ümumiyyətlə, necə ola bilər ki, bu xoxollar bizim bütün dünyanı qorxuya salmış şanlı qızıl ordumuza müqavimət göstərsinlər? Bunlar həmin xoxollardır? Yox, ola bilməz. Bunlar olsa-olsa, beyni yuyulmuş və zombiləşdirilmiş bir qrup radikal ultramillətçi ünsürlərdir. Çünki tanıdığımız, normal xoxol belə işlərə qadir deyil".
Ş.Cəfərli müşahidələrinə əsasən hesab edir ki, bir çox azərbaycanlılar, o cümlədən bəzi təhlilçi və jurnalistlər də bu məsələdə Rusiya ilə paralel düşünür.Musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar