Xəbər lenti
“Bu addımı atsa, Rusiyanın siyasi vəziyyəti pisləşəcək və hərbi imkanları daha da tükənəcək” – AÇIQLAMA

Manevr.az-ın məlumatına görə, mövzunu konkret.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın Ukraynaya qarşı işğal niyyətinin arxasında bu ölkəni bir neçə yerə parçalmaq planı dayanır: “İlk plan bütöv Ukraynanı işğal etməkdir. Bu alınmasa Şərqi Ukrayna qondarma respublikası yartamaq məqsədi güdülür. Ukrayna silahlı qüvvələri Rusiyanın planlarının qarşısını ciddi şəkildə alıb. Xersonu zəbt edən Rusiyanın burada referendum keçirməsi barədə İngiltrərə kəşfiyyatının məlumatı həqiqəti əks etdirə bilər. Amma bu baş tumayacaq. ilk növbədə Krım və Donbasdan fərqli olaraq yerli əhali etirazlar təşkil edir və Rusiyanı istəmir. Biz bunun şahidi oluruq. Həmçinin Ukrayna ordusu güclüdür və ona dəstək də verilir. Rusiyanın bu istiqamətdə silahlı qüvvələrini yaxın müddətdə əks hücumla məhv edəcək”.

Politoloq əlavə edib ki, Kiyevlə Moskva arasında danışıqlar gedir: “Referendumun keçirilməsi danışıqların dayanmasına gətirib çıxara bilər. Hər gün Rusiya Ukraynada ciddi itkilər verir və çalışır ki, tez bir zamanda bu müharibə yekunlaşsın. Amma müharibədən də üzü sulu çıxmağa çalışır. Hər bir halda Xersonda referendum təşkil edə bilməz. Nə yerli əhali, nə də Ukrayna ordusu buna imkan verməyəcək. Bu, Rusiyanın siyasi vəziyyətini və hərbi imkanlarını daha da tükədəcək”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, əgər Rusiya referendum keçirsə, danışıqlar dayanacaq və müharibə davam edəcək. Çünki Ukrayna qəti şəkildə bununla razılaşmayacaq. Ukraynaya edilən hərbi yardımların artması Rusiyanın Xerson istiqamətdə mövqelərini zəiflədəcək
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar