Xəbər lenti
Tatoyanın Bakıya 6 “ittihamı” - 45-ci günü arzulamayın!
Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində məskunlaşan ermənilərin son günlər kommunal problemlərlə üzləşməsinə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın reaksiyasını erməni mediası həvəslə tirajlayıb.
Tatoyan ermənilərin bu problemlərinin səbəbini Azərbaycanın üzərinə yıxmaq istəyib və 6 “maddəlik” ittiham yazıb. Əslində, keçmiş ombudsman günlərdir erməni siyasilərinin, mediasının səsləndirdiklərini “ümumiləşdirib”, bu baxımdan onun ittihamları yalnız özünə aid deyil.
Nə yazır erməni Tatoyan?
1. “Azərbaycan 8 martdan qaz kəmərini qəsdən zədələyib və təmirinə mane olur”.
Bu günə qədər ermənilər qaz xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsində qəza baş verdiyini deyirdilər, indi “qəsdən zədələmə” ittihamına keçiblər.
44 günlük Vətən savaşından artıq 1 il 4 aydan da çox zaman keçib, bütün dünya yeni reallığı qəbul edib və Qarabağın Azərbaycanın olmasına indi heç Ermənistan da şübhə etmir. Siz nə vaxta qədər rus sülhməramlılarının arxasında gizlənib, separatizmi davam etdirəcək və “ayrıca şəhər-dövlət” arzusu ilə yaşamağa çalışacaqsınız? Nə vaxta qədər qanunsuz məskunlaşma aparacaq, qanunsuz silahlı dəstə saxlayacaq və bu qanunsuz dəstələrin hətta Azərbaycan Ordusuna atəş açmasını körükləyəcəksiniz? Sizin “məğlubedilməz ordunuz” Rusiyanın dayanmadan axan silahı və kəşfiyyat məlumatları içində belə Azərbaycan Ordusunun zərbələrinə ay yarım dözə bilmədi! Sizin beşqat müdafiə xəttiniz cəmi 2 saata darmadağın edildi, indi heç müdafiə xəttiniz də yoxdur. Siz kimə arxayın olub, 3 min kv.km ərazimizi zəbt etməkdən əl çəkmirsiniz?
Azərbaycanda yaşamaq istəyirsinizsə, vətəndaşlığı qəbul edin, “Azəriqaz” sizə qaz çəksin, kəsiləndə də “Azəriqaz”ın qaynar xəttinə şikayət edin. Doğrudur, şikayətinizə dərhal baxılacağına zamin durmuram, çünki “Azəriqaz” o qədər də operativ deyil – başı çəkənlər deyir, amma narahat olmayın, Azərbaycan xalqı necə, siz də elə, yəqin ki, həftələrlə soyuqdan qırılıb-batmazsınız.
Azərbaycan hansı əsasla vətəndaşı olmayan ermənilərin qazını təmir etməyə yardım eləməlidir?
Digər tərəfdən, biz erməni “çilingərlər”in Ordumuza hansı niyyətlə yaxınlaşdığını dəfələrlə müşahidə etmişik. Hətta Prezidentimiz Şuşaya gedəndə “çilingər” donu geyinən erməni diversantları Şuşa yaxınlığında əməliyyat keçirməyə cəhd göstərmişdilər – yeri gəlmişkən, dərhal da o dünyaya göndərildilər. Ona görə də təmirə gəlmək istəyən çilingərlərinizi gərək əvvəlcə Bakıya göndərəsiniz, onları DTX yaxşıca sorğu-sual etməlidir, diversant olmadığını, Azərbaycana qarşı heç bir qanunsuzluq etmədiyini və 44 günlük savaşda cinayət törətmədiyini müəyyənləşdirməlidir, sonra...
Özbaşınalığa son qoymaq vaxtıdır: separatizm bitməlidir, torpağında yaşadığın dövlətin vətəndaşlığını qəbul edib, vətəndaş təminatlarından yararlanmalı, ya da rədd olub getməlisən!
2. “Yüz mindən artıq dinc sakin, xəstəxana, məktəb, uşaq evi, uşaq və qoca qəsdən qazdan, istilikdən, isti sudan məhrum edilib; bütün bunlar humanitar fəlakət və insan haqlarının kütləvi pozuntusudur”.
Əvvəla, nə qədər həyasız olmalısan ki, 100 min rəqəmini dilə gətirəsən. Müharibədən əvvəl heç Qarabağda 60 min adam yaşamırdı, indi 100 min hardan çıxdı?
Separatçıların başçısı 2021-ci ilin sentyabrında rəsmi elan etmişdi ki, Qarabağda 30 min civarında erməni yaşayır, Azərbaycan rəsmiləri də buna yaxın rəqəm deyib – 27 min!
Rəqəmi şişirtməklə nəyə nail olmaq istəyirsiniz? Ermənistanda erməni qalmır, qaçıb gedir, siz guya Qarabağda “artırsınız”?
İkincisi, hansı vətəndaşın hüquqları pozulub?
Qarabağda yaşayan ermənilər haranın vətəndaşıdır? Ermənistanın özünün belə tanımadığı, keçmiş və darmadağın olmuş “dqr”in? Varmı elə bir qurum?
Əvvəlcə vətəndaşlığını müəyyən et, sonra haqlarından danış!
3. “Azərbaycan Ordusu bəzi kəndləri atəşə tutur (“Xramort”, “Karmir”, “Şuka”...) və yanğın baş verir”.
Azərbaycan öz kəndlərini niyə atəşə tutmalıdır? Niyə öz torpaqlarında yanğın törətməlidir? Hanı atəş nəticəsində “yanan” kəndlər? Kapitulyasiyadan sonra boşaltmalı olduğunuz kəndləri oda verib gedən siz idiniz; müharibə vaxtı da qoyub qaçdığınız evləri dağıdırdınız. Çünki sizin deyil bu evlər, bu yurd!
Bizsə torpağımıza da, evimizə də sahib çıxırıq və sizin indi müvəqqəti yaşadığınız evlərin də bizim olduğunu bilirik. Öz evlərimizi dağıdası deyilik!
4. “. “Kəndlərin yaxınlığına ağır texnika, o cümlədən tanklar gətirilir və bu, nümayişkaranə şəkildə edilir”.
Azərbaycan əsgəri öz torpağında, öz ərazisində tank da sürər, PDM də, lazım ola, qırıcı da uçurdar. Görürsənmi, özün də deyirsən ki, “nümayişkaranə” şəkildə edir, yəni gizlənib-eləmir. Niyə gizlənməlidir? Öz torpağında tank sürəndə səndən icazə alacaq?
5. “Azərbaycan Ordusu öz mövqeyindən erməni əhalini erməni dilində təhdid edir. Güc tətbiqi ilə hədələyir və öz torpağından getməyə məcbur edir”.
Hansı ermənicə səsləndirmədə ermənilərə Azərbaycan torpaqlarından rədd olmaq çağırışı edilib? Kim onlara səslənir ki, gedin, yoxsa öldürəcəyik?
Səslənmələrdə yalnız silahı yerə qoymaq, dinc yaşamaq, Azərbaycan qanunlarına tabe olmaq çağırışı edilir. Dünyanın harasında görünüb ki, sənin beynəlxalq səviyyədə tanınan torpaqlarının bir hissəsində terrorçu quldurlar silaha sarılsın və dünyanın ən güclü ordularından biri yalnız çağırış etsin ki, adam olun! İstənilən dünya ölkəsi artıq çoxdan o silahlıları zərərsizləşdirərdi!
Ancaq Azərbaycan o qədər humanist ölkədir ki, 1 il 4 aydır çağırış edir, qanunlara uyması üçün erməniləri düzgün yola çağırır. Bundan humanist bir çağırış ola bilərmi?
6. “Bütün bunlar ayrı-ayrı təşəbbüslər deyil, ümumi plandır”.
Bu “6-cı bənddə” Tatoyan tam haqlıdır! Bəs, necə olmalıdır? Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bütün dinc vasitələrdən istifadə edir, amma dinc vasitələr sonsuzadək deyil.
27 il danışıqlardan sonra işğaldan əl çəkməyən Ermənistan hərbi-siyasi hakimiyyəti 44 günə darmadağın oldu; indi də çağırışlar edilir, bir ovuc, normal bir kəndin əhalisi qədər olan ermənilərə normal yaşamaq üçün yol göstərilir.
Ya tabe olacaqsan, ya gedəcəksən, ya da 45-ci gün mütləq gələcək!/axar.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar