Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır" - Hikmət Hacıyev

Tarix: 12-03-2022 17:55     Baxış: 3310 A- / A+

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər. Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
“Azərbaycana da Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Amma belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib. Burada da məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir” - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar