Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Putin geriyə dönüşü olmayan labirintdə - “Ukraynada qalib gəlməsə...”

Tarix: 12-03-2022 14:32     Baxış: 4244 A- / A+
“Ölkələr İkinci Dünya Müharibəsinə qədər savaşıb qənimətlər vasitəsilə və ya yeni ticarət qaydaları gətirərək daha zəngin olurdular. Yaponiya, Almaniya, Britaniya, Fransa, Rusiya, hətta ABŞ, hansı ki, Meksikanın 1846-cı ildə ərazilərini işğal etmişdi, məhz müharibələr vasitəsilə böyümüşdülər. Bu gün isə işğal məqsədli genişmiqyaslı müharibənin dağıntı və iqtisadi çöküşdən savayı hər hansı qazancı yoxdur”.
Manevr.az xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.Ekspert qeyd edib ki, bu gün Almaniya, Çin və Yaponiya kimi dövlətlərin dünyanın ən güclü ölkələri arasında yer almasının bir sıra səbəbləri var:
“Bu kimi ölkələr onillərdir müharibə etmirlər, pullarını dağıdıcı işlərə, bombalara xərcləmirlər. İlk növbədə məhz buna görə bu gün ABŞ-la rəqabət edəcək səviyyəyə gəlib çıxıblar. Artıq böyük ərazi də müharibədə formal qalibiyyət tərəqqiyə və iqtisadi inkişafa getirmir. Bu gün Rusiyanın böyük ərazisi, nefti, qazı və digər təbii sərvətləri var. Lakin sərvətlərinə və ərazisinin böyük olmasına baxmayaraq daha rəqabətli iqtisadiyyat qura bilməyib.
İndi yeni əraziləri işğal etməklə və ya başqa ölkələrin torpaqlarını öz nəzarəti altına salmaqla nə qazanacaq? Əlavə neft, qaz, uran, qızılmı qazanacaq? Qazansa belə, bu ona nə verəcək? Yeni texnologiyalar, yeni elmi nəaliyyətlər qazana biləcəkmi? Axı müasir iqtisadiyyatın əsas göstəriciləri və gəlir mənbəyi məhz bunlardır.

Dünyanı fəth edib yeni dünya düzəni, yeni iqtisadi model və yeni ticarət yollarını açmaq üçün də Rusiyanın heç bir qlobal, iqtisadi, siyasi, elmi, texnoloji gücü yoxdur. Ukrayna müharibəsi göstərdi ki, heç hərbi gücü də yoxdur. Sadəcə dinc əhalini bombalamağı bacarırlar.
Rusiya əlində nüvə silahı olan, hələ də İkinci Dünya Müharibəsində ilişib qalan, keçmişi ilə yaşayan ölkədir. Məhz buna görə hər il 9 may paradını keçirirlər və buna görə də milyonlarla pul xərcləyirlər. Üstündən 77 il keçməsinə baxmayaraq. Rusiyanın dünəni var, bugünü də var, lakin gələcəyi yoxdur. Çünki gələcək vizyonu olan liderləri yoxdur. Çünki hələ də keçmiş SSRİ elitasının nəzarəti altındadır”.
Azər Qasımlı Rusiyanın Sovet İttifaqının Əfqanıstandakı səhvini Ukraynada təkrarladığını bildirib:
“Digər inkişaf etmiş ölkələr - ABŞ, Çin, Almaniya, Yaponiya, Fransa, Britaniya, Kanada və digərləri isə kənardan Rusiyanın çökməsini seyr edib gözləyirdilər. İndi isə çökməsi üçün hərtərəfli iş də görməyə başlayıblar.
Putin tək qalıb və Ukraynanı işğal edə bilmir. 16 gün ərzində yalnız bir böyük şəhəri işğal edə bilib – Xersonu. Orda da hər gün yerli əhali etiraz mitinqinə çıxır. Ətrafında bir koalisiya da yarada bilmədi. Bircə Suriya və Belarusdan başqa hər hansı ciddi dəstəyi yoxdur. Qalib gələ bilmədiyini görüb mülki hədəfləri bombalayır, bununla da hərbi cinayət törədir və özünü daha çıxılmaz bir vəziyyətə salır. Gücü çatmadığından Yaxın Şərqdən terrorçu muzdluları bölgəyə gətirməyə, Belarusu da müharibəyə cəlb etməyə çalışır. Amma yenə də təhlükəsizlikdən danışır. Müharibə, terrorçular və təhlükəsizlik?
Ukrayna ilə Rusiyanın danışıqlarının da bir faydası yoxdur. Vəziyyət dalana dirənib. Rusiya Krımın öz ərazisi kimi, “DNR” və “LNR”-in müstəqil ölkə kimi tanınmasını istəyir. Ukrayna buna gedə bilməz. Getməməsi üçün də döyüşkən ordusu və əhalisi, müasir silahlarla onları daima təchiz edəcək ABŞ və Avropa Birliyi ölkələri var. Ukraynanın bir milyon vətəndaşını silahlandırmaq imkanındadır. Başqa şərtlərlə isə Putin müharibəni dayandıra bilməz. Çünki bu savaşda o, mütləq qalib gəlməlidir. Qalib gələ bilməsə, təkcə hakimiyyətini itirməyəcək.
Sərhədə əlavə 200 min əsgər də gətirə bilər. Bu da əlavə xərclər, əlavə itkilər, Rusiyanın müdafiə potensialını risk altına atmaq deməkdir. Bunu etsə, belə qalib gəlməyi yenə də sual altında olacaq. İndi nə o dayanacaq, nə də Ukrayna geri addım atacaq. Bir sözlə, Putin onun üçün geriyə dönüşü olmayan labirintdədir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar