Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan müharibənin bitməsini gözləyir, ondan sonra isə...” – AÇIQLAMA

Tarix: 12-03-2022 13:39     Baxış: 4276 A- / A+
“Azərbaycan müharibənin bitməsini gözləyir, ondan sonra isə...” – AÇIQLAMA

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən atəşkəsin pozulması ilə bağlı  xəbərlər gəlməkdə davam edir. 
Azərbaycanın Müdafiə Nazirliyi həmin ərazilərdən ordumuzun mövqelərinə atəş açıldığını bildirib və adekvat cavab tədbiri kimi separatçılara dəqiq zərbələr endirdiyini elan edib. 
Sözügedən ərazilərdə baş verənlərin açıq hərbi qarşıdurmadan çox Azərbaycanın hibrid müharibə taktikasını özündə ehtiva etdiyi deyilir. Bundan başqa anti-terror əməliyyatlarının başlaması ilə bağlı məlumatlar da yayılmaqdadır.
Maraqlıdır, indiki vaxtda bu ehtimalın real olması mümkündürmü? Anti-terror əməliyatları üçün uyğun zamandırmı? 
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Turab Rzayev Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin yekununda müəyyən addımlar atacağını deyib:
"İndiki halda Qarabağda anti-terror əməliyyatlarının aparılması tezdir. Azərbaycan bütün dünya ölkələri kimi Rusiya-Ukrayna münaqişəsinin yekunlaşmasını gözləyir və oradakı dəyişikliklərdən asılı olaraq Qarabağdakı məsələlərlə bağlı münasibətini korrektə edəcək. Əgər Azərbaycan ərazisinə hücum, terror və təxribat olursa, demək ki, Qarabağda silahlı qruplaşmalar var. Biz açıq şəkildə görürük ki, sülh bəyanatında erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməli olduqları bildirilsə də, bu, baş vermir. Bundan başqa biz Laçın koridorunun hərbi yüklər üçün istifadə olunduğunu görürük”. 
Ekspert anti-terror əməliyyatlarının başlaya biləcəyinə diqqət çəkib:
"Azərbaycan ermənilərin müxtəlif istiqamətlərdəki özbaşınalıqları ilə bağlı ATƏT-ə, BMT-ə və s. açıq şəkildə müraciət edib, etirazını bildirib. Sülh bəyanatının müddəaları pozulursa, deməli, Azərbaycanın da bu bəyanatı tanımamaq və anti-terror əməliyyatları aparmaq hüququ yaranır. Biz bir il əvvəl bu əməliyyatları sülh bəyanatına görə dayandırmışdıq. Azərbaycan ordusu  indi təxribat və hücumlara cavab verir. Əgər Qarabağda rus sülhməramlıları olan ərazilərdə ermənilər istədikləri kimi davranarsa və Zəngəzur dəhlizinin açılması yubanarsa, o zaman Azərbaycan anti-terror əməliyyatlarını bərpa edəcək”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar