Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Bununla Rusiyanı beynəlxalq məhkəməyə vermək istəyirlər” – İLGİNC AÇIQLAMA

Tarix: 12-03-2022 13:15     Baxış: 3245 A- / A+

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş direktoru Uilyam Börns Senatın kəşfiyyat məsələləri üzrə komitəsinin iclasında Rusiyanın Ukraynaya kimyəvi silah tətbiq edə biləcəyini açıqlayıb. Baş direktor deyib ki, Ukraynadakı həqiqətlər qeyri-müəyyən müddətədək gizli qalmayacaq.
Bəs görəsən ABŞ kəşfiyyatının yaydığı bu məlumat nə dərəcədə doğrudur? Rusiya həqiqətən də kimyəvi silahdan istifadə edə bilərmi?
Manevr.az -ın xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, yayılan məlumatlar əslində informasiya savaşıdır: “Hər halda Rusiyanın kimyəvi silahdan istifadə edəcəyini düşünmürəm. Eyni hadisələri biz İraqda, Suriyada da görmüşük. Rusiya o qədər ağılsız deyil ki, müharibədə kimyəvi silahdan istifadə etsin. Lakin bunun heç bir halda olmayacağı haqda konkret fikir də söyləmək olmaz. Rusiyanın kimyəvi  silahdan necə istifadə edəcəyi qaranlıqdır. Çünki kimyəvi silahdan istifadə olunarsa bu, sonradan Rusiyanın öz əleyhinə çevrilə bilər. Hələ bu ölkənin  kimyəvi silahının olub-olmaması da sual altındadır”.
Cümşüd Nuriyev qadınlardan ÜZR İSTƏDİ: “Bütün qadınlar mənə əzizdir”
Politoloq bildirib ki, bu məlumatların yayılması ABŞ-a sərf edir: “Adətən belə şeylər əvvəlcədən hazırlanmış senari əsasında həyata keçirilir. Rusiyanın əleyhinə olan qüvvələr istəyir ki, onun adını kimyəvi silah məsələsində hallandırsınlar. Bununla Rusiyanı beynəlxalq məhkəməyə vermək istəyirlər. Hazırda situasiya çox gərgindir. Hadisələrin necə cərəyan edəcəyi heç kimə tam aydın deyil. Ona görə də konkret proqnoz vermək çətindir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar