Xəbər lenti
Prezident xarici pasportla bağlı fərman imzaladı

Manevr.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklə Əsasnaməyə 3.2.6-cı yarımbənd əlavə edilib. Yarımbəndə əsasən, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:
Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunacaq.
Qeyd edək ki, əvvəlki Əsasnamədə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunurdu:
3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (1 və 2 nömrəli əlavələr);
3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi;
3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə - bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;
3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































