Xəbər lenti
Rus sülhməramlıları azalır, erməni təxribatı artır... - Video
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Qabil Hüseynli son günlər cəbhədə gərginliyin artması barədə danışarkən deyib.
“Üstəlik, rus sülhməramlıları ilə bağlı Bakının daima haqlı şikayətləri var. Bu şikayətlər vaxtaşırı Moskvaya təqdim olunur. Görünür, Rusiyada da müəyyən dairələrdə sülhməramlıların öz missiyasını yerinə yetirə bilməmələri haqqında təsəvvür formalaşıb”, - politoloq bildirib.
Q.Hüseynli qeyd edib ki, cəbhədəki gərginliyin artmasını Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan ilə də əlaqələndirirlər:
“Bu, real deyil. Çünki yeni prezident Paşinyanın adamıdır, Azərbaycanla sülh bağlanmasının tərəfdarıdır. Həm də elə bir səlahiyyəti yoxdur ki, Paşinyanın başı üzərindən qarşıdurmaları gücləndirmək üçün təlimat versin. Seçilməzdən əvvəl də Türkiyə və Azərbaycanla bağlı pozitiv açıqlamalar vermişdi. Paşinyanın da belə qarşıdurmalara nə iddiası, nə də imkanı var”.
Politoloq deyib ki, cəbhədəki gərginliyi artıran rus sülhməramlıların bölgəni tərk edəcəyi xəbərindən əndişəyə düşən separatçılar və Ermənistandakı müəyyən siyasi dairələrdir:
“Onlar Qarabağın separatçılar yaşayan hissəsində bir-birinin ardınca sürətlə müdafiə xətləri qururlar. Azərbaycan Ordusunun yerləşdiyi bölmələrə atəş açmaqla tez-tez qarşıdurmalar yaradırlar. Demək istəyirlər ki, biz varıq. Azərbaycanı da bu təxribata çəkməyə çalışırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar