Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Öncə Şuşa, sonra Moskva, indi isə Zəngəzur Bəyannaməsi - “Ermənistan bölgədə tamamilə tək qaldı”

Tarix: 11-03-2022 16:31     Baxış: 4258 A- / A+

Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu görüşün böyük əhəmiyyət kəsb etməsi heç kimə sirr deyil. İkitərəfli əlaqələrin inkişafı və münasibətlərin dərinləşməsi baxımından görüşün keçirilməsinin önəmi isə sözlə izah edilməyəcək qədər böyükdür.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə,  Azərbaycan diplomatiya tarixinin qələbələrindən birni əldə etmiş oldu: “Çünki Azərbaycanın iki ərazisi (Şərqi Zəngəzur rayonu və Naxçıvan) ilə beynəlxalq yolun çəkilməsi (bir hissəsi İranın ərazisinə düşür) haqda razılıq əldə olundu. Bu möhtəşəm qələbə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin davamı kimi xarakterizə oluna bilər. Bu, eyni zamanda Şərqi Zəngəzur rayonu ilə Naxçıvan arasındakı (həm də Ermənistan ərazisindən keçəcək) Zəngəzur dəhlizi məsələsini də faktiki gündəmə gətirir”.
Ölkə rəhbərinin atdığı addımlar birmənalı olaraq insan amilinin qorunmasına  söykənib”, - Əziz Əlibəyli
Əziz Əlibəyli əlavə edib ki, indiki halda Ermənistan həm öhdəliklərini yerinə yetirməli olacaq, həm regionda tək qalacaq, həm də İranın bu layihəyə qoşulması ilə rəsmi İrəvan heç bir halda 10 noyabr razılaşmasının nəticələrindən imtina edə bilməyəcək: “Yəni bu müqavilə ilə Ermənistan bölgədə tamamilə təklənmiş oldu. İran və Azərbaycan arasında isə demək olar ki, heç bir sahədə toqquşma üçün səbəb qalmadı. Qlobal sistemlərin və yeni dünya nizamının toqquşduğu bir məqamda bu cür müqavilənin imzalanması olduqca böyük əhəmiyyət kəsb edir. Biz daha öncə Türkiyə ilə strateji Şuşa Bəyannaməsi, Rusiya ilə Moskva Bəyannaməsi imzaladıq. Bunu da Zəngəzur Bəyannaməsi adlandıra bilərik. Ölkə başçısı bu dərəcədə möhtəşəm bir işin memarı oldu”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar