Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Ukraynanı udsa belə, həzm edə bilməyəcək” - Cəlaloğlu

Tarix: 10-03-2022 19:39     Baxış: 3263 A- / A+
“Rusiya və Ukraynanın hərbi qüvvələr nisbətini götürsək, görərik ki, bu müharibənin qalibi Ukraynadır. Rusiya bu addımı ilə qazanmaq istədiklərindən on dəfə çox uduzub. Proseslər bu səpkidə davam edəcəksə, çox güman ki, Rusiya məğlub vəziyyətə düşəcək”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Azərbaycan Demokrat Partiyasınn sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri deyir ki, indi beynəlxalq ictimaiyyət çalışır ki, Rusiya bu prosesdən simasını qorumaqla çıxa bilsin.
Onun sözlərinə görə, indiki halda kompramistə gəlmək mümkündür:
“Söhbət hansı kompramistdən gedə bilər? Ukrayna NATO-ya daxil olmaqdan imtina edər, tərəfsiz dövlət statusuna keçər. Bunun əvəzində Rusiya onun torpaqlarını qaytarar, Krım və Donbasla əlaqədar isə ikili idarəetmə formatı və ya Ukrayna tərkibində muxtariyyət məsələsində razılaşma ola bilər".
Sərdar Cəlaloğlu əmindir ki, bu müharibənin Rusiya üçün hər hansı bir uğurlu perspektivi yoxdur:
“Hətta Rusiya Kiyev başda olmaqla iri şəhərləri işğal edə, tuta bilər. Vacibi odur ki, ukraynalılar heç vaxt işğal faktı ilə barışmayacaq və ruslara qarşı mübarizə aparacaq. Bu o deməkdir ki, Rusiya Ukraynanı udsa belə, onu həzm edə bilməyəcək. Üstəlik də Ukraynada rus əsgəri olduğu dövrlərdə Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayacaq. Bu isə Rusiyanın məhvi deməkdir. Bu mənada vəziyyəti düzəltmək, sanksiyaları yüngülləşdirmək üçün Rusiya Ukraynanı tərk etməlidir. Bunu da elə etmək lazımdır ki, Rusiya maksimal biabır olmasın. Hazırda ruslar bütün dünyada təkləniblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar