Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Çin də müharibəyə qarşı çıxdı – “Bu, Pekinə də problem yaradır”

Tarix: 10-03-2022 13:44     Baxış: 3202 A- / A+
“Çin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istəyir”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna böhranı ətrafında yaranmış geosiyasi proseslərə diqqət çəkib: “Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymondo deyib ki, Çin şirkətləri Rusiya əleyhinə sanksiyalara qoşulmasalar, onlara qarşı da sanksiyalar tətbiq olunacaq.

Çinin Şanxay şəhərindəki nəhəng SMIC şirkəti Qərb texnologiyaları əsasında proqram təminatı üçün yarımkeçiricilər istehsal edir. SMIC Rusiyaya məhsul ixrac etsə, ABŞ həmin şirkəti proqram təminatından məhrum edəcək. Amerika ticarət nazirinin sözlərinə görə, ölkəsi Çinin həmin şirkəti ilə əməkdaşlığı dayandırsa Çin çip istehsal edə bilməyəcək. Bu Çinə böyük zərbə olar.
Beləliklə, Vaşinqton çalışır ki, Pekin Ukrayna məsələsində “neytral siyasət”dən əl çəksin. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozef Borrel də bir müddət əvvəl Çin Xarici işlər naziri Van Yiyə müracitə edərək müharibənin dayandırılması məqsədilə Pekinin Kremlə təsir etməsini istəyib. Buna baxmayaraq, Pekinin mövqeyində dəyişiklik yoxdur”.
Elxan Şahinoğlu bununla belə, Pekinin müharibənin dayandırılmasını istədiyini bildirib:
“Müharibənin davam etməsi Çin üçün geosiyasi və geoiqtisadi risklər yaradır. Birincisi, Çinin Ukrayna ilə iqtisadi əməkdaşlığı donub, Çin Ukraynadan kənd təssərrüfatı məhsulları idxal edə bilmir. İkincisi, Qərb sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının zəifləməsi nəticəsində Çinin bu böyük bazarda gəlirləri azalacaq. Çünki Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti getdikcə azalacaq. Üçüncüsü, müharibənin davam etməsi Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə təhlükə yaradır. Dördüncüsü, Amerika Ukrayna böhranı fonunda Çinin müxtəlif şirkətlərinə qarşı sanksiya siyasətini genişləndirə bilər ki, bu Pekinə əlavə problemlər yaradacaq”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar