Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Elmira Axundova səfir gedənə qədər Ramiz Mehdiyevin kitablarını tərifləyən yazılar yazmaqla məşğul idi”

Tarix: 10-03-2022 10:56     Baxış: 3297 A- / A+
 "Siyasətçinin, tanınmış şəxslərin səfir göndərilməsi praktikası var. Amma Elmira Axundova göstərilən parametrlərə uyğun persona deyil"

Politoloq: “Ukraynaya təcili peşəkar diplomatlarımızdan biri səfir göndərilməlidir”

Rusiyanın Ukraynada başladığı müharibə bu ölkədə yaşayan azərbaycanlıları çətin duruma salıb. Yüz minlərlə həmyerlimiz Ukraynada digər millətlərlə birgə müharibənin ağır günlərini yaşayırlar. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 8-dək Ukraynadan Azərbaycana 5 mindən çox azərbaycanlının təxliyə olunduğunu açıqlayıb. Onların arasında çarter reysləri ilə 3 minə yaxın, quru yolla təxliyə olunanlar isə 2077 nəfər təşkil edib. Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Ukraynadan sərhəd ölkələrə qaçmağa məcbur qalan azərbaycanlıları növbə ilə ölkəyə təxliyə edirlər və bu zaman məhz həssas qrup adlandırılmış körpələrin, qadınların və xəstələrin təxliyəsinə üstünlük verilir.
Belə bir çətin günlərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutan Elmira Axundova qeybə çəkildi. Hər kəs Ukraynadakı səfirliyimizin, səfirin oradakı vətəndaşlarımızın qarşına çıxıb təxliyəsini təşkil edəcəyini gözləyirdi. Bu baş vermədi. Ümumiyyətlə, səfirlikdə vətəndaşlarımızın telefonlarına belə cavab verən tapılmadı.  Məlum oldu ki, gözlənilən təxliyə baş tutub və səfir ilk təxliyə olunan qrupun içində oğlu ilə birgə Ukraynadan qaçıb! Müharibənin 3-cü günü, Bakıya gəlib çatandan sonra da səfir sükutu pozmamağa üstünlük verdi. Bakıdakı rahat, 375 kvadrat metrlik mənzilində Rusiyanın Ukraynada həm də Azərbaycan vətəndaşlarının, orada yaşayan soydaşlarmızın başına mərmi yağdırmasını efirlərdən seyr edir.
Belə bir zamanda Ukraynadakı səfirimizdən gözlədiyimiz açıqlamanı Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin verdi.  Bu mərd, məğrur insan sonuncu azərbaycanlını Ukraynadan göndərməyənə qədər ölkədən çıxmayacağını açıqladı: “Onların təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni edəcəyəm. Onlara əlimdən gələn dəstəyi göstərəcəm, dərmanla, ərzaqla təmin etməyə çalışacam”.
Oleq Krapivin Kiyevdə bu açıqlamanı verdiyi bir vaxtda Elmira Axundova Bakıda xəstə olduğunu dedi: “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin, ölkəni tərk etdim”.
Göründüyü kimi, Elmira Axundova ilk fürsətdəcə Bakıya qaçmağını qadınlıq amilinə bağlamaq istəyir. Qadın olmağı Elmira Axundovanın yadına indi düşüb?
Belədirsə, hazırda Ukraynanın bir çox şəhərlərində bombalar altında qalan, hər an ölümlə çarpışan Azərbaycan vətəndaşı olan qadınlarımız barədə kim düşünməlidir?
Səfir öz ölkəsini xaricdə təmsil edən əsgərdir. Fərq eləmir qadın və ya kişi olsun, bu yükün altına giribsə, Azərbaycanı şərəflə təmsil etməli idi. Amma nə gördük? Səfir döyüş meydanını qoyub canını götürüb qaçan əsgər kimi fərarilik etdi.
Ukraynada müharibə davam etdikcə, oradan həmyerlilərimizin imdad sədaları eşidildikcə, səfirinin fərariliyi sosial şəbəkələrdə geniş müzakirə olunur. Elmira Axundovanın səfir postundan uzaqlaşdırılması tələbləri də hər ötən gün daha artıq eşidilir.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə bağlı son durum nədir? O, istefa ərizəsi yazacaqmı? İşdən çıxarılacaqmı?
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevadan bu suallara cavab almaq istəklərimiz baş tutmadı. Xidmət rəhbəri gün ərzində telefon zənglərimizi cavabsız qoydu.
Elmira Axundova ilə əlaqə saxlayıb barəsindəki ittihamlara cavab ala bilmədik. Qaçaq səfir telefon zənglərimizə cavab vermədi.
Səfirin postunu qoyub qaçması praktikası olubmu? Olubsa, bu halda hansı addımlar atılmalıdır? Hansı prosedurlar həyata keçirilməlidir?
Bu suallarla “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna müracət etdik.
Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET
 Elxan Şahinoğlu

Mərkəz rəhbəri deyir ki, Elmira Axundovanın səfir göndərilməsi üçün təqdimatı səhv olub: “Elmira Axundovanın təqdimatını kim veribsə, çox böyük yanlışlığa yol verib. Səfir təyin olunmamışdan çox əvvəl, 2013-cü ildən səfir təyin olunana qədər, Elmira Axundova hələ deputat olanda oğlu Həbib Axundovla birgə adı çoxmilyonluq maliyyə məsələlərinə qarışmışdı. Bu məsələ araşdırılmadan, Elmira Axundovanın əməlinə hüquqi qiymət verilmədən onun səfir göndərilməsi yanlış idi. Onun oğlu Həbib Axundovun əməlinə hüquqi qiymət verilməməsi, müxtəlif adamlara pul atması da araşdırılmamış qalıb. Səfir kef çəkiləcək post deyil. Şəxs biznesi üçün çalışırsa, vaxtının böyük hissəsini bu sahəyə, qazanc əldə etməyə sərf edəcək. Millət, dövlət arxa plana keçəcək. Müharibə başlayan kimi səfirin yoxa çıxması tutduğu posta uyğun olmamasını göstərir. Adam xəstədirsə, səhhəti işləməyə imkan vermirsə, onu postdan uzaqlaşdırıb müalicəyə göndərmək lazımdır. Bu adam Bakıya gəlməklə müharibənin bitməsini gözləyir. İstəyir ki, müharibə bitsin, bu da Kiyevə qayıdıb qaldığı yerdən davam eləsin”.
Elxan Şahinoğlu deyir ki, Ukrayna, xüsusilə paytaxt Kiyev gözəl yerlərdir: “Səfir fəaliyyəti ilə xüsusilə biznes qurmaq üçün yaxşı yerdir. Amma gərək ki, müharibə olanda da orada olsan. Biz nə gördük? Azərbaycanı Ukraynada təmsil edən səfirin səsi ilk atəş səslərindən az sonra Bakıdakı evindən gəlməyə başladı. Bu, ölkə adına biabırçılıqdır. İndiki ağır vəziyyətdə səfir postu boş qala bilməz. Ukraynada müharibə gedir. Oradakı soydaşlarımızın ümid yeri səfirlikdir. Səfir isə hamıdan əvvəl Bakıya gəlib. Əgər Elmira Axundovanın səhhəti Kiyevdə deyil, Bakıda olmasını diqtə edirsə, bir ərizə yazsın, postunu təhvil verib otursun Bakıdakı evində, səhhəti ilə məşğul olsun. Azərbaycan XİN-də Azərbaycanı sevən, Azərbaycanın maraqlarını hər şeydən üstün tutan, yeri gələrsə, canından belə keçməyə hazır kadrlar olmamış deyil. Bu halda adı çoxmilyonluq maxinasiyalarda hallanan, bu maxinasiyalarla əlaqəli səs yazıları bu gün də media resurslarında olan Elmira Axundovanın səfir postunda saxlanılması yanlışdır. Elmira Axundovanın barəsində pul atmasını söyləyən, səs yazıları təqdim edən insanlar ortada ikən bu şəxsin ciddi bir postda qalması düzgün deyil. Ukrayna tərəfi görəndə ki, Azərbaycanı təmsil edən baş diplomat bizneslə məşğul olur, öz maraqlarını qoruyur, Rusiyaya meylliliyi gözə girir, bu, Ukrayna XİN-də də ciddi suallar yaradır. Bu, Azərbaycan-Ukrayna münasibətlərinə də təsir edir”.
Elxan Şahinoğlu deyir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Elmira Axundovanın postunu qoyaraq qaçması ilə bağlı mövqesizliyi də diqqətdən yayınmamalıdır: “Danışsalar da, deyəcəklər ki, orada müvəqqəti işlər vəkili var. Amma niyə Kiyevdə Azərbaycanın səfirinin postu boş qalmalıdır? Ekstremal situasiyada, müharibə gedən ölkədə yaşayan azərbaycanlıları başlı-başına qoyub Bakıya gələn səfir təcili şəkildə əvəzlənməlidir. Ukraynaya təcili şəkildə peşəkar diplomatlarımızdan biri səfir göndərilməlidir. Bu gün Ukraynanın özündə Azərbaycan hədəf götürülür, Xarkovdakı konsulluğumuz atəşə tutulur. Ukraynada həmyerlilərimiz öldürülür. Belə bir zamanda Ukrayna kimi strateji tərəfdaşımız olan ölkədə Azərbaycanı layiqincə təmsil edəcək səfirin olması çox vacibdir”.
Elxan Şahinoğlu deyir ki, siyasətçinin, tanınmış şəxslərin səfir göndərilməsi praktikası var. Amma Elmira Axundova göstərilən parametrlərə uyğun persona deyil: “Elmira Axundova səfir gedənə qədər Ramiz Mehdiyevin kitablarını tərifləyən yazılar yazmaqla məşğul idi. Onun əlindən medal almasını da fəxarətlə deməkdən çəkinmirdi. Səfir göndərilməsindən əvvəl də mətbuatda 1 milyon rüşvət verilməsi iddiaları da vardı. Səfir olduğu son 2 il ərzində isə hər çıxışında Rusiyaya yönəlik açıqlamaları ilə yadda qaldı. 44 günlük Vətən müharibəsi günlərində Türkiyənin Azərbaycana dəstəyini gözməzdən gəlib ”bizə hansısa Türkiyə kömək etməyib" kimi fikir də işlətməkdən çəkinməmişdi. Əvəzində Rusiyaya simpatiyasını hər fürsətdə yerli-yersiz dilinə gətirən birinin ölkəmizi Ukraynada təmsil etməsi yanlışdır".musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar