Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin ən zəif nöqtəsi açıqlandı: "Müharibəni buna görə uduzacaq"

Tarix: 09-03-2022 18:02     Baxış: 4246 A- / A+


Putinin ən zəif nöqtəsi açıqlandı:
"Həqiqətlər bir gün ortaya çıxacaq və gerçəyin gücünü Putin belə dayandıra bilməyəcək”.
Manevr.az xəbər verir ki, bu sözləri 2000-2004-cü illərdə İngiltərənin Rusiyadakı səfiri olan sabiq ingilis diplomat Sir Roderik Layn deyib. Rusiyanın hazırkı vəziyyətini təhlil edən diplomat Putinin ən böyük düşmənini açıqlayıb.

Rusiyanın Ukraynaya hücumundan bəri  insanlar baş verənləri sosial şəbəkələr vasitəsilə izləyir. Rusiya müharibənin ilk günlərindən sosial şəbəkələrə və yerli mətbuata məhdudiyyətlər qoysa da, vətəndaş jurnalistikası işin gedişatını dəyişir.

Roderik Layn hesab edir ki, bu məhdudiyyətlər yaxın vaxtlarda insanların ayaqlanmasına səbəb ola bilər. Mobil telefonların Putinin ən böyük düşməni olduğunu deyən diplomatın fikrincə, Rusiya lideri ölkəsində informasiya axınına və rusların səslərini dünyaya çatdırmasına mane olmaqla əslində öz quyusunu qazmış olur.

Müharibənin ilk günlərdində Rusiya televiziyaları Ukraynada sadəcə bəsit hərbi əməliyyat keçirdiyi təssüratını yaratsa da, döyüşlərin getdiyi yerlərdə çəkilən görüntülər mülki insanların hədəf alındığını, yaşayış yerlərinin vurulduğunu və Ukraynanın yavaş-yavaş xarabalığa çevrildiyini  gözlər önünə sərdi.

Sir Roderik Putinin hazırkı vəziyyətini belə qiymətləndirir:

"Cənab Putin həm nəzarətini, həm də işini itirmək qorxusuyla üz-üzədir və olduqca gərgindir.

Putin özünü prezidentlik kreslosuna daşıyan KQB-dəki günlərində mobil telefonlarla necə mübarizə aparacağını öyrənə bilməyib. Ona görə də indi işi çətindir. Hər rusun cibində bir telefon var. Ukraynalılar Rusiyadakı qohumlarına, dostlarına zəng edir. Həqiqətin fotolarını onlara göndərir” - diplomat söyləyib.

Roderik sanksiyalar ucbatından çətin vəziyyətdə qalan rusların informasiyaya almaq hüququnun da  məhdudlaşdırılması ilə Putiə qarşı çıxacaqlarını bildirib:

"Putinin vəzifədən getməsi üçün 2 variant var: Biri haqqında danışılan böyük bir ayaqlanma. Ancaq rus lider bu ayaqlanmanı böyük bir şiddət göstərərək qarşısını almağa çalışacağı üçün bu yolla vəzifədən getməsi vaxt alacaq.

Digər variant isə Putinin yol verdiyi bu kritik səhvlərin fərqində olan ən yaxınındakı insanların onu devirmək üçün hərəkətə keçməsidir. Yəni içəridən zərbə alması”.

İngilis diplomat son olaraq əlavə edib ki, seçdiyi yanlış yol təxminən 2-3 il ərzində Putinin sonunu gətirə bilər./ölke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar