Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın qələbəsi təmin olunub - Politoloq

Tarix: 09-03-2022 17:43     Baxış: 4228 A- / A+


Rusiya yerinə yetirməsi mümkün olmayan, reallıqdan uzaq, Ukrayna xalqının mənəviyyatını alçaldacaq şərtlər irəli sürür.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar haqda deyib.
“Danışıqlarda yeganə irəliləyiş humanitar dəhlizdir, buna baxmayaraq, bunu da normal təmin etmək mümkün olmur. Razılıq əldə edilib, ancaq 12 gündür mühasirədə olan Mariupol şəhərində insanlara ərzaq və su çatdırılmır. Rus ordusunun su və ərzaq aparılan karvanı atəşə tutduğu bildirilir. Əlbəttə, bu məlumata inanmaq lazım gəlir. Çünki Ukrayna öz vətəndaşlarını qidasız-susuz saxlamaq istəməz”.
Politoloq müharibənin gedişində əhəmiyyətli dəyişiklik olduğunu da vurğulayıb:
“Əcnəbi muzdlularla yanaşı, xaricdə olan ukraynalılar da öz ölkələrini qorumaq üçün geri qayıdır. Yalnız son sutkada qayıdan 14,5 min ukraynalıdan 12 min nəfərinin döyüşə qatılmaq istədiyi açıqlanıb. Bununla da könüllü döyüşçülərin sayı 40 minə çatıb. Qərb ölkələrindən müasir silahlar, raketlər gətirilir, Ukraynanın müqaviməti güclənir. Doğrudur, Ukrayna şəhərləri, qəsəbələri viran qalır, ancaq Rusiya ordusu da planlaşdırıldığı kimi irəliləyə bilmir. Artıq strateji cəhətdən Ukraynanın qələbəsi təmin olunub, qalır onun faktiki cəhətdən rus qoşunlarını qovub çıxarması”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar