Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan rus sülhməramlıları ilə bağlı ciddi qərarlar qəbul etməlidir" - İLGİNC AÇIQLAMA

Tarix: 08-03-2022 21:28     Baxış: 4275 A- / A+

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev Ukraynaya humanitar yardımlarla bağlı danışarkən Azərbaycanla bağlı təxribatçı ifadə işlədib. Mizintsev “Suriyadan 50 ton ərzaq, Dağlıq Qarabağdan isə 14 ton zəruri tələbat malları göndərildiyini” bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə bununla bağlı etiraz bəyanatı yayıb.
Manevr.az xəbər verir ki, konkret.az məsələ ilə bağlı Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin fikirlərini öyrənib.

Anar Əsədli bildirib ki, o hələ Rusiya ilə müttəfiqlik məsələsi müzakirə olunanda, Rusiyanın bu günə qədər istər özünün imza atdığı, istərsə də beynəlxalq hüquqla tanınan heç bir sənədə sayğı göstərmədiyini qeyd edib.
O bildirib ki, əgər onlar sayğı göstərsəydilər, özünün başçılığı ilə yaradılmış MDB-yə vaxtilə üzv olan Moldova, Gürcüstan və Ukrayna dövlətlərinin ərazisində separatçı “dövlət”lər yaratmazdı və həmin ölkələrin suverenliyini təhdid etməzdi.
AY Partiya Başqanı qeyd edib ki, bu gün Rusiyanın həmin “separatçı dövlətlərin müstəqilliyi”ni tanıması bir daha göstərir ki, Rusiya nə özünün atdığı imzaya, nə də beynəlxalq hüquqa hörmət edir.
Anar Əsədli hesab edir ki, bizə təhdid Rusiyanın yürütdüyü imperialist xarakterli siyasətdir: “ Görürsünüz Rusiya hər hansı sənəd olmadan da müdaxilə niyyətini reallaşdıra bilər. Necə ki, bu gün belə təxribatlar Qarabağda edilir. Baxın bu gün baş verənlərə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyi nə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbul edilməz olması ilə bağlı etiraz bəyanatı verir və biıdirir ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur.Əla, təqdir edirik, belə də olmalı idi. Yaxşı, bəs etiraz bəyanatındakı bu fikir nəyi ifadə edir”?
“Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub” Müdafiə Nazirliyinin etiraz bəyanatındakı bu fikri açığı yumşaq hesab edirəm. Rusiya Müdafiə Nazirliyi bəyəm müstəqil bir qurumdur və prezident Putinin siyasi mövqeyindən kənar fəaliyyət göstərir? Bu qədər ehtiyatlı və diplomatik ifadələrin ölkənin müdafiə nazirliyinin bəyanatında yer alması yolverilməzdir. Rusiya öz imperialist siyasətinə uyğun olanı edir, sizin cümlələri ehtiyatla seçməniz onun niyyətini dəyişməyəcək. Əksinə, qətiyyətli mövqe sərgiləmək kəskin ifadələr işlətmək lazımdır”.
Partiya Başqanı onu da əlavə edib ki, artıq Putin Rusiyasının özünün batan dövrünü yaşaması sirr deyil, lakin daha da aqressivləşərək mütləq digər yaratdığı münaqişə ocaqlarında da təxribatlara əl atacaq: “Buna görə də Qarabağda separatçıların fəallaşması gözlənilən hadisə idi. Rusiya boş-boşuna sülhməramlı adı ilə girməyib ki, torpaqlarımıza. Əlində kartdı. Şantaj edir”.Anar Əsədli sonda onu da əlavə edib ki, həm Xarici İşlər, həm də Müdafiə Nazirlikləri daha sərt bəyanatlarla çıxış etməli və bununla yanası sülhməramlıların öz fəailiyyətlərini yarıtmadıqları ilə bağlı hüquqi sənədlər hazırlanmalı bunun üçün hüquqi baza yaradılmalıdır. Rusiyanın düşdüyü vəziyyətdən maksimum istifadə etməli, Qarabağın terrorçulardan tam təmizlənməsinə nail olmalıyıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar