Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Durum dəyişə bilər - “Putinin Ərdoğana “yox” deməsi çətindir”

Tarix: 08-03-2022 14:35     Baxış: 4274 A- / A+
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna liderlərini də görüşdürmək istəyir”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyənin Rusiya və Ukrayna arasındakı vasitəçilik səylərinə diqqət çəkib:
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Fransa Prezident Emmaunel Makron gah Moskva, gah da Kiyevə gedir, müharibənin qarşısını almağa çalışırdı. Ancaq Rusiya prezidenti nə fransalı həmkarını, nə də Almaniyanın kanslerini eşitdi. Müharibə başladıqdan sonra Makron savaşı dayandırmaq üçün yenə də bir neçə cəhd etdi. Ancaq onun vasitəçiliyi yenə nəticə vermədi.
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə bildirsə də, Kreml sahibi hər dəfəsində imtina edir. Putin Makronla son telefon söhbətində görüş üçün elə ağır şərtlər irəli sürdü ki, Fransa prezidenti anladı ki, onun vasitəçiliyindən nəticə hasil olmayacaq.

Növbə Türkiyəyə çatıb. Antalyada xarici işlər nazirlərinin iştirakı ilə ənənəvi beynəlxalq konfrans keçiriləcək. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva və Kiyevlə günlərdir telefon diplomtiyası həyata keçirir. Nəticə var. Ukraynanın və Rusiyanın xarici işlər nazirləri Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada görüşəcəklər. Buna baxmayaraq, Antalyadakı danışıqlardan müsbət nəticə gözləmək çətindir. Hər halda Ankara üzərinə düşəni edir, müharibəni dayandırmağa çalışır və beynəlxalq aləm Türkiyənin necə fəal olduğunu müşahidə edir”.
Elxan Şahinoğlu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna liderlərini də görüşdürmək istəyir:
“Vladimir Zelenskinin Ərdoğana böyük rəğbəti var, onu qərbli həmkarlarından üstün tutur. Vladimir Putin də Ərdoğanla dialoqu davam etdirir. Çünki Kreml sahibi anlayır ki, dünyada onunla dialoqu davam etdirmək istəyən az lider qalıb. Bunlardan biri Ərdoğandır. Ona görə də Putinin Ərdoğana “yox” deməsi çətindir. Mümkündür ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gəlsinlər.
Ancaq nə qədər ki, Putin Ukraynaya qarşı ultimatumlar irəli sürür, onun Zelenski ilə görüşündən nəticə çıxacağını proqnozlaşdırmaq çətindir.
Bu arada, Çin də vasitəçi olmaq istəyir. Çin Xarici işlər naziri Van Yi martın 7-də Pekində keçirdiyi mətbuat konfransında Moskva və Kiyev arasında vasitəçiliyə hazır olduğunu bildirib. Çin Rusiyanın strateji tərəfdaşıdır və Ukraynaya hərbi müdaxiləni pisləməyib, əksinə, baş verənlərə görə Qərbi ittiham edir. Belə olan halda Kiyev Pekinin vasitəçiliyini necə qəbul edə bilər? Pekin sadəcə “vasitəçi ola bilərəm” təklifi ilə beynəlxalq aləmdə çəkisini artırmağa çalışır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar