Xəbər lenti
Paşinyanın sülh çağırışının pərdəarxası - VİDEO
Dünyanın başının Ukrayna böhranına qarışdığı bir vaxtda Ermənistan parlamentində Azərbaycanla sülh məsələsi müzakirə olunub.Qalmaqallı baş nazir Nikol Paşinyan sülh göyərçini obrazına bürünərək yenidən açıqlamaları ilə gündəmi zəbt edib.
Ermənistan daxilində belə bir düşüncə var ki, Paşinyan hər vəchlə Azərbaycanla razılığa gəlmək istəsə də, ona tabe olmayan "Qarabağ klanı” müsbətə doğru başlanacaq bütün prosesləri əngəlləməyə çalışır.
Qarabağda gedən proseslərə də diqqət yetirdikdə görürük ki, baş nazir nə vaxt sülhlə bağlı çıxışlar edirsə, erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar.
Azərbaycanın 44 günlük Qarabağ zəfərindən sonra Ermənistanın hazırkı hökuməti ilə müxalifət nümayəndələrinin ulduzu barışmır. Tərəflər bir-birini vətənə xəyanətdə ittiham edir. Bir neçə həftə öncə isə Nikol Paşinyan onu xain adlandıran "Ermənistan” və "Mənim şərəfim var” partiyasının üzvlərini real faktlar qarşısında susmağa məcbur etdi.
Belə ki, baş nazir Qarabağın itirilməsinə görə onu ittiham edənlərə səslənərək bildirdi ki, əgər Qubadlını erməni torpağı sayırdınızsa, niyə onu müzakirə predmetinə çevirirdiniz?
Ermənistanda yaşanan son proseslər onu deməyə əsas verir ki, ölkə daxilində ciddi parçalanma var. Hazırkı hakimiyyətin qərarlarına mane olan qüvvələr ciddi cəhdlə çalışır ki, Qarabağda sülh olmasın. Lakin ermənilər də yaxşı bilir ki, regionun taleyi üçün son qərarı Azərbaycan verir.
Daha ətraflı Baku TV-nin süjetində
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar