“Rusiyanın Ukrayna torpaqları ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Əslində, Ukrayna torpaqları qədim türk torpaqlarıdır”.
Manevr.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib. O, qeyd edib ki, bunu nəinki türk alimləri, hətta bir çox Avropa alimləri də yaxşı bilir: “Təbii ki, bu torpaqlar əvvəllər qıpçaq türklərinin olub və bu ərazilər artıq orta əsrlərdə slavyanlaşıb. Kiyev də məhz xristian türklərinin qurduğu dövlət idi. Düzdür, burada slavyanlar da müəyyən rol oynayıblar. Hətta, orta çağda indiki Ukrayna və digər ərazilərdə türk dilinin işlənməsi haqqında da məlumatlar var. Bu gün istər Putin, istərsə də digərləri olsun Ukraynaya sahiblənirlər və bildirirlər ki, guya Ukrayna dövlətinin yaranmasına görə, ukraynalılar Leninə borcludur. Bunların hamısı uydurmadır. Əslində, Çar Rusiya, Sovet Rusiyası, bugünkü Rusiya Federasiyası varlıqlarına görə ilk növbədə məhz Ukrayna xalqının əcdadlarına borcludur. Rusiya tərəfinin səsləndirdiyi iddialar heç bir həqiqəti özündə əks etdirmir. “Kiyev” sözü və Ukraynadakı digər torpaqlarının adları qıpçaq türkləri ilə bağlıdır”.
Tarixçi vurğulayıb ki, bu gün Rusiyanın Ukrayna xalqını rus hesab etməsi də doğru deyil:
“Ukraynalıların böyük hissəsi haqlı olaraq özlərini rus hesab etmirlər. Çünki onlar bilirlər ki, onların formalaşmasında məhz xristianlığı qəbul etmiş qıpçaq, sak, massaget türkləri böyük rol oynamışdır. Bu gün də ukraynalıların xeyli qismi artıq bunu bilir. Bu gün Putin və onun ətrafı Ukraynanı millətçi adlandırır. Tarixə də baxanda görürük ki, Ukrayna xalqı və onun əcdadları sonrakı dövrlərdə rusların təsir dairəsinə düşsələr də, slavyanlaşma prosesi getsə də, bütövlükdə onları nə Rusiyanın bir parçası, nə də rus xalqı hesab etmək olar. Əsla bu, belə deyil. Əgər indi Rusiya varsa, onlar ukraynalılara borcludur, ukraynalılar onlara borcu deyil. Ukrayna xalqı məzhəb və dil baxımdan oxşar olsa da, adət-ənənə baxımından bir çox məsələlərdə fərqli mahiyyət daşıyırlar. Buna görə də, rusların bir çox iddiaları tamamilə əsassızdır, zamanla da bu, özünü ortaya qoyacaq”.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar