Xəbər lenti
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ
Liviyanın şərqində fəaliyyət göstərən hökumət Rusiyadan hərbi qulluqçuların təliminə və hərbi texnikanın təmirinə kömək etməyi xahiş edib.
Manevr.az xəbər verir ki, bu haqda Liviya Nümayəndələr Palatasının (parlament) spikeri Akilya Saleh İsa bildirib.
“Rusiya hökumətindən hərbi qulluqçularımızın təlimində və hərbi texnikanın təmirində bizə kömək etməyi xahiş etdik. Çünki bizim zabitlərimizin əksəriyyəti Rusiyada hərbi biliklərə yiyələniblər və çoxları rus dilini, həmçinin Rusiya hərbi texnikasından istifadə etməyi bilirlər. Rusiya terrorizmlə mübarizədə bizə kömək etməyə söz verib”, - parlament sədri deyib.
Qeyd edək ki, Liviyada hazırda ikihakimiyyətlilik hökm sürür. Qərbdə - paytaxt Tripolidə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sərracın başçılıq etdiyi Liviya Milli Barışıq Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərqində - Tobruk şəhərində isə Tripolidən asılı olmayan hakimiyyət fəaliyyət göstərir. Tobruk hakimiyyəti generalı Xəlifə Xaftarın başçılıq etdiyi ordu ilə əməkdaşlıq edir.
Qeyd edək ki, İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid daha əvvəl Rusiyanın zəngin neft ehtiyatları olan Liviyada təsirinin hər gün artırdığını yazıb. Siyasi müşahidəçi Xəlifə Xaftarın Rusiyanın Liviyada “lobbist”i rolunda çıxış etdiyini bildirib.
Fevralın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Moskva Liviya generalı Xəlifə Xaftarı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.
Rusiya hərbçilərinin dəvət əsasında Liviyaya getməsi isə ikinci Suriya ssenarisinin reallaşdırılması anlamına gələcək. Rusiya Hərbi Hava Qüvvələri Suriyadakı əməliyyatlara 2015-ci sentyabrın 30-da məhz Dəməşqin dəvəti ilə başlayıb.Publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar