Xəbər lenti
Müşfiq Məmmədli:"YAP Azərbaycan xalqının alternativsiz siyasi etimad ünvanıdır"
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Azərbaycanın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qurultayları həmişə respublikamızın həyatına mühüm hadisə kimi həkk olunub. Bu da ondan irəli gəlir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu il təsis edilməsinin 30 ili tamam olan YAP hər zaman xalqın etimadını doğruldub. Bu gün də YAP siyasi proseslərin önündədir və öz fəaliyyəti ilə dövlətimizin həyata keçirdiyi bütün proseslərə layiqli töhfələr verir.
Təbii ki, YAP-ın 30 ilə yaxındır ki, respublikamızın aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərməsinin təməlində, ilk növbədə lider amili dayanır. Bu mənada YAP- ın bütün uğurlarını Ulu Öndər Heydər Əliyevin siyasi irsində, Prezident İlham Əliyevin məqsədyönlü siyasətində axtarmaq lazımdır. Təsadüfi deyil ki, güclü liderləri sayəsində, həmçinin mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi ilə YAP bu gün sıralarında 760 mindən çox insanı birləşdirən ümumxalq siyasi təşkilatıdır.
Bu gün isə YAP-ın VII Qurultayının keçirilməsindən bir il ötür. 2021-ci il mart ayının 5-də keçirilən VII qurultay yeni vəzifələrin müəyyən edilməsi və partiya fəaliyyətində mühüm qərarların qəbulu ilə əlamətdar oldu. Qurultay bir daha təsdiq etdi ki, YAP Azərbaycan xalqının alternativsiz siyasi etimad ünvanıdır.
Siyasi partiyaların qurultaylarının keçirilməsi müəyyən zərurətlərdən irəli gəlir. YAP-ın VII Qurultayının keçirilməsi üçün kifayət qədər güclü əsaslar mövcud idi. Təsadüfi deyil ki, cənab Prezident qurultayda nitqinə məhz bununla başlamışdı. Dövlət başçısının qeyd etdiyi kimi, VI qurultaydan ötən üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdi. Bu dövrdə Prezident İlham Əliyevin hələ 2018-ci ilin aprel seçkisindən sonra elan etdiyi yeni islahatlar uğurla reallaşdırılmış, cəmiyyət həyatında olduqca mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. Bütün bunlardan irəli gələrək Azərbaycanın daha da qüdrətli ölkəyə çevrilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. İdarəetmədə, məhkəmə-hüquq sistemində, iqtisadi və sosial sferada həyata keçirilən islahatlar cəmiyyətimizdə yeni əhvali-ruhiyyə yaratdı.
Həmin dövrün ən böyük hadisəsi isə əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm və tarixi qələbədir. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etdi. Bu zəfərlə tariximizin şərəf salnaməsi yazıldı. “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir”, - deyə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı nitqində bildirmişdi.
YAP-ın VII Qurultayı cəmiyyətimizdə baş verən yeniliklər, islahatlar, pozitiv dəyişikliklər fonunda keçirildi. Bütün bunlar, həm Vətən müharibəsindəki qələbə, həm də mütərəqqi islahatlar respublikamızın aparıcı və hakim siyasi partiyası, xalq etimadının əvəzsiz ünvanı olan YAP-ın uğurlarıdır. Bu uğurların hər biri YAP-ın prinsiplərində, məram və nizamnaməsində yer alan məsələlərin, məqsəd və vəzifələrin həyata vəsiqə alması deməkdir.
YAP-ın VII Qurultayında qəbul edilən qərarlar isə əvvəldə qeyd etdiyim pozitiv yeniliklərə, xüsusən idarəçilikdə həyata keçirilən islahatlara adekvat idi. Bu qərarlar həm də onu göstərdi ki, YAP köklü, sarsılmaz təməllərə malik siyasi təşkilat olmaqla yanaşı, müasir çağırışları da diqqətdən kənarda qoymur, zamanın nəbzini tutmağı bacarır. Bu baxımdan yeni idarə heyətinin formalaşdırılması, struktur dəyişiklikləri, YAP fəallarının irəli çəkilməsi partiya fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.
Ötən bir ilin mənzərəsi göstərir ki, VII qurultay partiya fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəldib. Bu baxımdan yeni idarəçilik mexanizminin yaradılmasını qeyd etmək yerinə düşər. Yeni tərkibdə formalaşdırılan İdarə Heyəti partiyanın idarəçiliyinin daha da təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı, yeni nizamnamənin qəbulu da daha çevik partiya fəaliyyətinin həyata keçirilməsinə yol açıb.
Görünən odur ki, 30 il öncə xalqın siyasi sifarişi olaraq təsis edilən, bundan cəmi bir neçə ay sonra hakim partiyaya çevrilən, xalqın bütün sosial zümrələrini özündə birləşdirən YAP xalqın və dövlətin milli maraqlarına xidmət edən fəaliyyətini uğurla həyata keçirməkdədir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar