Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya yaxın günlərdə Xarkov və Mariupolu tutacaq, Putin isə çalışacaq ki, martın 15-nə kimi...” – ÖZƏL

Tarix: 04-03-2022 17:24     Baxış: 4292 A- / A+

Prezident Zelenski bildirib ki, Ukrayna yox olsa növbə Moldova, Polşa, Estoniya, Latviya və Gürcüstana çatacaq. Ukrayna prezidentinin bu fikirləri birmənalı qarşılanmayıb. Hətta bir çox siyasi ekspertlər Ukraynada qalib gələcəyi təqdirdə Putinin adıçəkilən ölkələrə qoşun yeridəcəyi haqda fikirlər də səsləndiriblər.
Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Zelenski dekabr ayında bu haqda açıqlama verən Jirinovskinin fikirlərinə istinad edir. Ümumiyyətlə isə  Zelenskinin bəyanatlarında təcrübəsizlik yavaş-yavaş üzə çıxır: “Yoxlanılmamış informasiyalardan yaxud kimlərinsə fikirlərindən dövlət başçısı istifadə etməməli və qəti mövqe sərgiləməməlidir. Siyasət dövlət başçısı üçün əsas prioritet olmalıdır. Prezident hər hansı bir məsələ haqda danışanda dəfələrlə düşünməlidir. Görünən odur ki, Zelenski özünü hələ də prezident kimi hiss edə bilmir. Rusiya onsuz da kifayət qədər bataqlığın içindədir və özünü çətinliyə salıb. Buradan çıxmaq isə Kreml üçün çox çətindir. İkincisi Rusiyanın Moldovanı işğal etməsinə ehtiyac qalmır. Artıq Ukraynanın Moldovaya yaxın hissəsini (Odessa) nəzarət altına aldıqdan sonra, bu ölkəyə hücum etməyə ehtiyac qalmayacaq”.
Cümşüd Nuriyev: “Ölkədə nə qədər səviyyəsiz artist var, hamısı ora yığılıb“
Cümşüd Nuriyevin sözlərinə görə, Baltikyanı respublikalardan ABŞ öz maraqlarına çatmaq üçün istifadə edir. Finlandiyanı NATO-ya daxil etmək istiqamətində addım atmağa çalışır: “Amma Rusiyanın indiki vəziyyətdə Ukraynadan başqa hansısa ölkəyə girəcəyini düşünmürəm. Ukraynada əməliyyatlar yavaş-yavaş aparılır. Daha çox əsəbləri gərginləşdirən bir müharibə təsiri bağışlayır. Amma yaxın günlərdə Rusiyanın Xarkov və Mariupolu tutacağı gözlənilir. Putin çalışacaq ki, martın 15-nə qədər Odessa və Kiyevin ətrafını nəzarətə götürsün. Zelenski isə saman çöpünə əl atır. Gün ərzində müxtəlif bəyanatlar verir və müraciətlər edir. Hesab edirəm ki, Ukrayna bir qurbandır. Rusiya isə yeni dünya düzəninin qurulmasında öz ambisiyalarının girovuna çevrilib. Amma Putinin Ukraynadan sonra hansısa ölkəyə qoşun yeridəcəyinə inanmıram. Çünki Rusiya o gücdə deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar