Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı sülhməramlılar geri çəkilir? – “Daha onlara ehtiyac olmayacaq…”

Tarix: 04-03-2022 15:40     Baxış: 4270 A- / A+
Qarabağdakı sülhməramlılar geri çəkilir? – “Daha onlara ehtiyac olmayacaq…”
Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın diqqətinin Qarabağdan yayınacağı və Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə etməyəcəyi ilə bağlı söyləntilər mövcuddur.Bununla, həm də Qarabağdakı sülhməramlıların geri çağırılması məsələsi aktuallaşır.
Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi sülhməramlıların geri çağırılmasını tezləşdirə bilərmi?
Manevr.az xəbər verir ki, məsələ ətrafında sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Elman Vəliyev Rusiya-NATO müharibəsinin başlaması ilə sülhməramlıların geri çəkiləcəyini deyib:
"Qafqaz cəbhəsi Rusiya üçün çox önəmlidir. Rusiya illərdir Qafqaz ərazilərində mübarizə aparır və əsas səbəbi də enerji qaynaqları və isti sulara enməkdir. Əgər Rusiya Qərb, yoxsa Qafqaz seçimi qarşısında qalarsa, düşünürəm ki, Qafqazı seçər. Lakin Rusiyanın əvvəlki illərə nisbətən hazırda başı çox qarışıqdr. Belə ki, Putin bu proseslərə çox vaxt ayıra bilmir. Rusiyanın kifayət qədər ordusu var. Sülhməramlıların geri çəkilməsi o vaxtı ola bilər ki, Rusiya NATO ilə qanlı müharibəyə girsin və əsgər çatışmazlığı yaşasın. Vladimir Putin Çeçenistanda etirazçıları sakitləşdirdikdən sonra orada özünə bağlı bir hakimiyyət qurdu. Yəni lazım gəlsə, bu qüvvələrdən də tənzimləyici kimi istifadə edə bilər. Rusiyanın NATO ilə qanlı müharibəyə girmə kimi bir risk ehtimalı azdır”. 

Ekspert sülh sazişindən sonra sülhməramlılara ehtiyac qalmayacağını bildirib:

"Sülhməramlılar anlaşmaya əsasən, Qarabağda müddətləri başa çatana kimi qalacaq. Əsas məsələ ondan sonrasıdır. Vaxtı bitən sülhməramlılar gedəcək, ya yox? Hesab edirəm ki, o vaxta kimi konflikt tərəfləri arasında sülh sazişi əldə edilsə, sülhməramlılara ehtiyac qalmaz. Azərbaycan tərəfi də bu istiqamətdə müsbət addımlar atmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh bağlamağın tərəfdarı olduğunu bildirib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar