Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Elmira Axundova Ukraynadan gedib - Vətəndaşlarımız nə etməlidir?

Tarix: 03-03-2022 17:27     Baxış: 4277 A- / A+


Elmira Axundova Ukraynadan gedib - Vətəndaşlarımız nə etməlidir?

Rusiya-Ukrayna müharibəsi ilə Ukraynadakı azərbaycanlıların təxliyə edilməsi və təhlükəsizliyinin təmin olunması mövzusu aktuallaşdı. 
Bu kimi məsələlərin həlli üçün isə əksər soydaşımız ilkin müraciəti Azərbayan Respublikasının Ukraynadakı Səfirliyinə etdi. Lakin münaqişə ocağının təhlükəli hal alması ilə səfir Elmira Axundovanın Ukraynanı tərk etdiyi və qarşılıqlı əlaqənin yaranmasının mümkünsüz olduğu bildirilib.
Maraqlıdır, bu kimi böhran situasiyalarında səfirlik hansı şəkildə işləməli idi? Elmira Axundovanın Ukraynanı tərk etməsi doğru haldırmı? 

Manevr.az xəbər verir ki, mövzu ətrafında sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukraynadakı Azərbaycan Səfirliyini Ukraynanın təmin etməli olduğunu bildirib. Müsahibimiz səfirlik işçilərinin sayının az olduğunu deyib: 
"Azərbaycanda səfirliklərdə bir səfir, 3-4 diplomat işləyir. Düzdür, ölkədən-ölkəyə fərq olur, amma tərkib təxminən belədir. Onların da imkanlarında 4-5 avtomobil var. Səfirliyi qəbul edən ölkələr qarşılıqlı olaraq bir-birlərinə imtiyazlar verirlər. Səfirliyin fəaliyyətinin təşkil edilməsi onu qəbul edən ölkədən asılıdır. Biz Azərbaycanda Ukrayna səfirliyi üçün təhlükəsizlik məsələlərini və s. təmin edirik. Buna adekvat olaraq da Ukrayna bizim səfirliyi təmin etməlidir. Lakin  görürük ki, orada müharibə şəraitidir və Ukraynanın bunu icra etməyə imkanı yoxdur. Qarşılıqlı öhdəlik olan halda biz vətəndaşlarımızın Ukraynada təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələ qaldıra bilərik. Lakin Azərbaycan diplomatları fiziki olaraq oradakı vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilmək gücündə deyil”. 

Ekspert vətəndaşlarımızın səfirlikdən kömək gözləməməli olduğunu deyib:

"4-5 nəfərdən hansısa yardımın gözlənilməsi absurddur. Səfirin Ukraynada olub-olmaması təlimat əsasında müəyyənləşir. Elmira Axundova təlimatla Ukraynanı tərk edə bilər. Əgər səfir Azərbaycan tərəfinə məlumat versə ki, təhlükəsizlik təmin olunmur, hərbi  əməliyyatlar davam edir, o zaman mərkəz müxtəlif qərarları verə bilər. Bu qərarların içərisində səfirliyin tərkibinin azaldılması, yaxud tərkibin hamısının Azərbaycana qaytarılması ilə bağlı da məsələ ola bilər. Bundan başqa səfirlik nümayəndələri başqa yaxın ölkəyə göndərilə bilər.  İnsanlar başa düşməlidirlər ki, onlar bu vəziyyətin qurbanıdırlar. Səfirlik imkanları çərçivəsində Ukraynadakı azərbaycanlılara köməklik göstərib, qatar reysləri təşkil edilib. Səfirliyin fəaliyyətini Ukrayna təmin etməli idi, lakin  buna Ukraynanın indiki vəziyyəti imkan vermədi”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar