Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya biabrçı şəkildə Ukraynadan çıxacaq - Politoloq

Tarix: 02-03-2022 13:28     Baxış: 4315 A- / A+
Ukraynalılar rus ordusuna qarşı son damla qanlarına qədər mübarizə aparıb, onları ərazilərindən çıxardacaq və öz ərazi bütövlüklərini təmin edəcəklər.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Qabil Hüseynli Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında bildirib.
“Rusiya biabrçı şəkildə Ukraynanı tərk etməli olacaq. Ukraynanın tarixini bilənlərə bəllidir ki, İkinci Dünya müharibəsində faşistlər Ukraynanı bütövlükdə işğal edə bilməmişdi. Stalinin repressiya aparatına belə Ukraynanın bəzi hissələrini ram etmək üçün onillərlə vaxt lazım oldu. İndi isə vəziyyət tamam fərqlidir. Ukrayna xalqı kifayət qədər millətinə, dövlətinə bağlıdır, belə bir millətə, xalqa qalib gəlmək mümkün deyil. Ola bilsin Rusiya müəyyən əraziləri işğal etsin, amma harda olur-olsun, rus qoşunlarının ayaqları altındakı Ukrayna torpağı od tutub yanacaq”, - politoloq qeyd edib.
Onun sözlərinə görə, aviazərbələr nəticəsində mülki obyektlər dağılır, silahsız insanlar – qocalar, uşaqlar ölür:
“Bu dəhşət Ukrayna xalqının yaddaşına yazılır və onlar bunu heç zaman unutmayacaqlar. Əliyalın insanların rus tanklarının önünə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan saysız-hesabsız görüntülər təsdiqləyir ki, Ukrayna xalqı bütövlükdə bu əməliyyatı işğal kimi dəyərləndirir. Hətta Ukraynanın rus əhalisi də bu müharibəyə kəskin etiraz edir, Rusiyada da narazılıqlar sürətlə artır. Ona görə Ukraynanın qalib gələcəyinə şübhə yoxdur. Yaxşı olar ki, bu qan axıdılması bir an tez dursun, qardaş xalqların faciəsinə son verilsin, rus qoşunları geri çəkilsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar