Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana sanksiya tələb edən ingilis deputatın Belarusdan gələn milyonları – ARAŞDIRMA

Tarix: 02-03-2022 13:17     Baxış: 4272 A- / A+
Azərbaycana sanksiya tələb edən ingilis deputatın Belarusdan gələn milyonları – ARAŞDIRMA

Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassa sual ünvanlayıb: 
"Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”
Britaniyalı deputatın bu açıqlaması bəzi informasiya resurslarında geniş müzakirə mövzusuna çevrilib.
Əvvəla məsələyə "sözə baxma, deyənə bax” məntiqi ilə yanaşsaq belə, yenə də Hodcun açıqlamasında hər hansı məntiq tapmaq bizim üçün müşkülə çevrilib. Belə ki, Azərbaycan tərəfi Ukraynanın savaşa sürüklənməsində pay sahibi olan Qərbdən fərqli olaraq münaqişənin ümumiyyətlə baş verməməsi üçün səylərini heç bir zaman əksik etməyib. Konflikt qızışdıqdan sonra isə məsələnin sülh yolu həll olunması rəsmi Bakının tutduğu mövqe olub.
Eyni zamanda hərbi əməliyyatlar start götürdükdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı ilə telefon danışığı baş tutub.
Bunlardan əlavə, Azərbaycan tərəfinin Ukraynaya göstərdiyi humanitar yardımları da unutmaq olmaz.
Azərbaycan ilk növbədə Ukraynaya 5 milyon avro dəyərində tibbi ləvazimatlardan ibarət humanitar yardım ayırıb.
SOCAR Ukraynada təcili tibbi yardım maşınlarının ödənişsiz yanacaqla təmin olunmasını da öz üzərinə götürüb.
Azərbaycan xalqının Ukraynaya dəstəyinə isə cəmi 3 gün öncə hər kəs şahidlik etdi. Ukrayna səfirliyi qarşısında toplaşan geniş izdiham bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə etməklə yanaşı, müharibədən zərər görən dinc əhaliyə kömək məqsədilə öz yardımlarını da əsirgəmədi.
Bütün sadalananlar, rəsmi Bakının və xalqımızın Ukraynanın dövlət suverenliyinə dəstəyinin bariz isbatıdır.

Sözü deyənə gəlincə...

Bizim.Media-nın araşdırması nəticəsində xanım Hodcun özünün də heç "süddən çıxmış ağ qaşıq” olmadığı ortaya çıxıb. 
Leyboristlər partiyasının öz ikiüzlülüyü ilə ad çıxarmış nümayəndəsi olan xanım Hodcun Azərbaycana qarşı çıxışları hələ 2017-ci ildən başlayıb. Onun ölkəmiz əlehinə açıqlamaları erməni mətbuatı tərəfindən kütləvi şəkildə tirajlanıb. Bundan əlavə Leyboristlər partiyasının erməni lobbisi ilə bağları da dəfələrlə Qərb KİV-lərində işıqlandırılıb. Sirr deyil ki, qondarma genosidin tanınması məsələsini də Britaniyada ən çox qabardan elə leyboristlər olub.
Bundan əlavə, Marqaret Hodcun sərvətinin 100 milyonlarla ölçüldüyünü qeyd etmək vacibdir. O bu sərvətini ailəsinin Belarusdakı metaləritmə zavodlarına borcludur. Söhbət metal sənayesi sektorunda dünyaca məşhur olan "Stemcor” şirkətindən gedir. Belə ki, bu şirkət 2020-ci ilə qədər Ralf Openhaymerə (Marqaret Hodcun qardaşı) məxsus olub. Sonradan çinlilərə satılan şirkətə məxsus olan zavodların mütləq əksəriyyəti isə məhz Belarusda yerləşir.
Bu gün seçdiyi siyasi kurs nöqteyi-nəzərindən Belarusun Rusiyanın ən yaxın tərəfdaşı olduğunu qeyd etmək isə yəqin ki, əbəsdir. 
Bundan əlavə, onu da qeyd etməliyik ki, ailənin adı vergi saxtakarlığı qalmaqalında da hallanıb. 2012-ci ildə Marqaret Hodcun rəhbərlik etdiyi Böyük Britaniya İctimai Hesablamalar Komitəsinə "Stemcor”un 2011-ci ildə 2,1 milyard funt-sterlinq gəlir əldə etdiyi halda, cəmi 163 min funt-sterlinq vergi ödəməsini araşdırmaq tapşırılıb. Qurda tapşırılan quzudan isə sonrakı dövrlərdə səs-soraq çıxmayıb.
"Stemcor” Belarusdakı zavodları və Aleksandr Lukaşenko ilə yaxınlığı səbəbindən nüfuzlu "BBC” nəşrinin də tənqid hədəfinə tuş gəlib.
Digər diqqət çəkən nüans ondan ibarətdir ki, xanım Hodc çıxışı zamanı nədənsə Ermənistanın Rusiyanın Avropa Şurasından uzaqlaşdırılmasının əlehinə səs verən yeganə ölkə olduğunu unudub.
Rusiya ilə İttifaq dövləti yaratmaq məqsədini siyasi kursunun əsas prioritetlərindən birinə çevirən Belarusun adının sanksiyalarda hallandırılmamasının səbəbi isə, yəqin ki, xanım Hodcun Lukaşenko ilə dostluq münasibətlərinə xələl gətirmək istəməməsi olub.
Göründüyü kimi, bu gün Azərbaycanı Rusiya hökumətinə dəstək verməkdə ittiham edən Britaniyalı parlamentari milyonlarını Moskvanın ən yaxın tərəfdaşına borcludur. Sadalananalar onu deməyə əsas verir ki, Azərbaycanın adını absurd şəkildə sanksiyalarla birgə hallandıran ingilis parlamentari ya qoca vaxtında gündəmə gəlməyə çalışır, ya da işin içində partiyasının yaxın əlaqədə olduğu erməni diasporunun barmağı var./bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar