Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Hələlik dünya müharibəsi haqda danışmaq çox tezdir”– Tofiq Zülfüqarov

Tarix: 01-03-2022 17:02     Baxış: 4297 A- / A+

Xəbər verdiyimiz kimi, bu gün Belarus qoşunları Çerniqov vilayətinə daxil olub. “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov Belarusun müharibəyə qoşulduğunu və qoşunların Çerniqov vilayətinə daxil olduğunu təsdiqləyib. Maraqlıdır, Belarusdan sonra Qazaxıstan da bu müharibəyə qoşula bilərmi? Belarusun Ukraynaya qoşun yeritməsi artıq Üçüncü Dünya müharibəsinin başlaması deməkdirmi?
Manevr.az-ın məlumatına götə, mövzu ilə bağlı konkret.az-ın suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Politoloq bildirib ki, KTMT-nin bu və ya digər şəkildə müharibəyə qoşulduğuna dair qərar qəbul etdiyini düşünmək olmaz: “Hesab edirəm ki, Belarusla Rusiya arasında daha dərin mütttəfiqlik əlaqələri var. Onların siyasi müttəfiqlik layihəsi mövcuddur. Bu layihədə əksini tapan məqsədlər ondan ibarətdir ki, adıçəkilən ölkələr müəyyən tarixi mərhələdə birləşə bilər. Lakin Qazaxıstan və ya digər KTMT ölkələrinin bu müharibəyə qoşulacağını iddia etmək düzgün olmaz. Bunun üçün əsas yoxdur. Lakin vəziyyət hər an hər şeyin ola biləcəyini diqtə edir”.
T.Zülfüqarov bildirib ki, Qazaxıstanda vəziyyət hələ də sabitləşməyib: “Qazaxıstanda təzə hakimiyyətin güclənməsi prosesi gedir. Bu mənada qazaxların vəziyyəti daha mürəkkəbdir. Ona görə də Qazaxıstanın belə təhlükəli layihəyə qoşulacağı inandırıcı deyil. Hələlik dünya müharibəsi haqda danışmaq üçün çox tezdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar