Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın Moskvada Sergey Lavrovun on müavinindən biri tərəfindən qarşılanması ermənilərin qəzəbinə səbəb olub.
Manevr.az xəbər verir ki, konkret.az-ın erməni mediasına istinadən məlumatına görə, ermənilər yeni təyin edilən səfirin etimadnaməsinin Rusiya XİN rəhbərinin müavinlərindən biri, Andrey Rudenko tərəfindən qəbul edilməsini özlərinə həqarət sayırlar.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Andrey Rudenko Ermənistanın Moskvadakı yeni səfiri Vaqarşak Arutyunyanla görüşüb və sonuncu etimadnaməsini ona təqdim edib. Ermənistanda hesab edirlər ki, müasir diplomatiyanın norma və qaydalarına bələd olmayanlar bu məlumatda qeyri-adi heç nə tapmayaraq ötüb keçəcəklər. Lakin diplomatik protokolun incəliklərinə bələd olan şəxslər Rusiya tərəfinin Ermənistan səfirinə qarşı həddindən artıq hörmətsiz davrandığını görürlər. Bu isə Ermənistan və onun səfirinin aşağılanması deməkdir.
Prosedura əsasən, diplomatik nümayəndə öz funksiyasını yerinə yetirmək üçün etimadnaməsini ölkənin başçısına təqdim etməyə borcludur. Sonra etimadnaməsinin surətini vermək üçün xarici işlər naziri ilə görüşür. Yəni diplomatik protokola görə, Ermənistanın Rusiyadakı səfiri etimadnaməsinin surətini xarici işlər naziri Sergey Lavrova verməli idi. Amma sonuncu Vaqarşak Arutyunyanla görüşmədi. Əvəzində isə Ermənistan səfirini hətta birinci müavin deyil, sadəcə müavinlərindən biri qəbul etdi.
Ermənistanda müxalif düşərgədə olanlar hesab edirlər ki, rəsmi İrəvan Rusiyanın bu cür təhqirinə heç bir cavab verməyəcək. Çünki İrəvanın dişsiz xarici siyasəti ruslara eyni şəkildə cavab verməyi bir növ yasaqlayır. Yəni Ermənistanın təhqir olunmasına və aşağılanmasına sadəcə səssizcə göz yumacaqlar. Erməni mediasında dərc olunan məqalədə belə yazılıb.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar