Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Separatçılar yazda hücuma hazırlaşır? - Açıqlama

Tarix: 17-02-2022 14:52     Baxış: 3198 A- / A+
Separatçılar yazda hücuma hazırlaşır? - Açıqlama
Xankəndidəki separatçı-terrorçu rejimin "parlamenti” "işğal olunmuş ərazilər haqqında” qondarma "qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma "qanun”a görə, Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu separatçı-terrorçu rejimin ərazisi olaraq qəbul edilib.
Maraqlıdır, separatçı-terrorçu rejimin "parlamenti” "işğal olunmuş ərazilər haqqında” qondarma "qanun layihəsi”ni qəbul edərək nəyə nail olmaq istəyir? Rəsmi Bakı cavab olaraq antiterror əməliyyatlarına başlaya bilərmi?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, terrorçu rejimin "qanunu” praktiki olaraq əhəmiyyətsizdir.
"Nə rəsmi Bakı, nə də beynəlxalq aləm Xankəndidəki separatçı-terrorçu rejimi tanımır. Dolayı yolla terrorçu rejimin bu "qanun”unun da heç bir hüquqi əhəmiyyəti yoxdur. Özləri də yaxşı bilir ki, praktikada bu qanunu tədbiq edə bilməzlər. Digər rayonlar bir yana, Goranboy və keçmiş Xanlar rayonu separatçı-terrorçu rejimin ərazisi olaraq qəbul edilib. Göründüyü kimi absurd və heç bir məntiqə sığmayan addımdır.
Separatçılar indiki halda qondarma "qanun”dan Qarabağın "statusu” məsələsində istifadə etmək istəyirlər. Separatçılar hələ də düşünürlər ki, onlara status veriləcək. Ölkə başçısı Prezident İlham Əliyevin də dediyi kimi heç bir status olmayacaq. Bu məsələ nə bu günün, nə də yekun sülh müqaviləsinin müzakirə predmeti deyil”.
Politoloqun sözlərinə görə, Azərbaycan separatçıların nazı ilə oynamamalıdır:
"Hesab edirəm ki, separatçıların son addımı rəsmi Bakıya antiterror əməliyyatlarına başlamaq üçün əsas verir. Xankəndidəki şər yuvası ən qısa zamanda məhv edilməlidir. Yay və ya payız aylarında antiteror əməliyyatlarına başlamaq olar. Hesab edirəm, antiterror əməliyyatların ilk işartıları da görünür. Misal üçün Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun özünü qondarma qurumun başçısı kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim ediləcəyi və məhkəməyə çıxarılacağı barədə açıqlamasını təsadüfi hesab etmək olmaz. Bakı bununla dolayı yolla Xankəndidəki rejimə xəbərdarlıq edir. Mümkündür ki, Araikin həbsi və ya antiterror əməliyyatları ilə bağlı Moskva ilə danışıqlar getsin. Bakı bir 30 il də Xankəndidəki terrorçularla mübarizə aparmayacaq"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar