Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ramiz Mehdiyev məsuliyyətə cəlb olunmalıdır" - Sabiq deputat

Tarix: 15-02-2022 21:10     Baxış: 3228 A- / A+
“Birinci dəfədir ki, ictimaiyyət Ramiz Mehdiyev kimi bir kürsü hərisini kürsüdən uzaqlaşmağa məcbur edə bildi”.
Manevr.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a sabiq deputat Cümşüd Nuriyev deyib.
O qeyd edib ki,  iş Ramiz Mehdiyevlə qurtarmır:
“Hələ bir neçə adam həbs olunmalıdır və vəzifədən kənarlaşdırılmalıdır. Çünki Ramiz Mehdiyevin qol qanadı çoxdur və Azərbaycanda onlar kifayət qədər postlar tutublar. Ramiz Mehdiyev əmir kimi çox böyük kök salıb. Deyərdim ki, o, bir tuğ lənət olub millətin boğazına keçmişdi, eyni zamanda ideologiyasında bu adam xərçəng xəstəsi idi. Azərbaycana ayrı seçkiliyi də, qarşıdurmanı da bu adam gətirdi. İndi Cənab Prezident sağolsun ki, iki il onu akademiyanın prezidenti etdi. Adam gördüyünüz kimi, burada da öz xislətindən əl çəkmədi. Adam burada da qarşıdurma yaratdı və akademiyanı çox pis günə qoydu. Yəni, bu adam akademiyanı kal elədi.
Müsahibimizin sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycan elminə vurduğu ziyana görə məsuliyyətə cəlb olunmalıdır: “Sirr deyil ki, o, qeyri-qanuni olaraq öz qohumlarını ora yerləşdirib. Kürəkənin qardaşını işlər idarəsinə müdir qoyub, baldızının oğlu bir ermənini gətirib özünə köməkçi qoyub, Xameyninin institunu qurtaran birini gətirib özünə köməkçi götürüb. Ramiz Mehdiyev nə ərəb dilini, nə fars dilini bilir. Amma, onun “Nadir şah” haqqında yazdığı monoqrafiyada bütünlüklə ərəb və fars mənbələrindən əxz olunmuş çoxsaylı sitatlar var. Həmin o köməkçi bunu yazıb. Bu adamın fikri-zikri ancaq Azərbaycanı alçaltmaq, Azərbaycan ziyalılarını ayaq altına vermək olub. Amma indi artıq bir növ zərərsizləşdirilib. Xalqın gücü burada özünü göstərdi. İnşallah ki, bundan sonra da belə olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar