Xəbər lenti
Ukrayna-Rusiya böhranından çıxış yolu yoxdur - Eldar Namazov
“Rusiya və Ukrayna arasında hərbi toqquşmalar ola bilər. Sirr deyil ki, tərəflərin mövqe və məqsədləri daban-dabana ziddir. Ən təhlükəli tərəfi də odur ki, heç kəs geri durmaq istəmir. Mən əminəm ki, Ukraynaya quru qoşunlarının iştirakı ilə genişmiqyaslı hücum olmayacaq. Rusiyannın həm hava sahəsində, həm də artilleriya-raket sistemləri baxımından üstünlüyü var. Amma hava zərbələri ilə hər hansı bir ərazini nəzarətə götürə bilməzsən, bu mümkün də deyil. Mütləq quru qoşunlarla hərəkət etməlisən”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Azərbaycan prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov Rusiyanın Ukraynaya hücum və işğal edəcəyinə dair ABŞ kəşfiyyat məlumatlarını şərh edərkən deyib.
Fikrini davam etdirən analitik xatırladıb ki, quru qoşunları ilə Ukraynaya qarşı hərəkətə keçmək Rusiya üçün çox təhlükəli addım olar.
O xatırladıb ki, indi Ukrayna ordusu öz sayına görə, Fransa, Almaniya və Böyük Britaniya ordusundan daha böyükdür:
“Üstəlik ötən həftə Prezident Zelenski elan etdi ki, orduya əlavə 100 min çağırış olunur. Başqa sözlə Ukrayna Silahlı Qüvvələrinin kontingenti daha 100 min nəfərlik əlavə güclə artırılacaq. Həm də nəzərə almaq lazımdır ki, indi bu orduya qərb ölkələrindən ən müasir silah-sursat gəlir. Söhbət tank əleyhinə raketlərdən, “Javelin”, “Stinger” sistemlərindən, Böyük Britaniyada istehsal olunan modern hərbi ləvazimatlardan gedir. Bir sözlə, Ukrayna ordusunun arsenalında tanklar, digər zirehli avtomobillər, helikopterlər və digər hücum suilahlarına qarşı ən müasir silahlar var. Yeri gəlmişkən, tank əleyhinə III nəsl silah və raketləri Rusiya hələ istehsal edə bilmir. Əgər Avropa qitəsində ən böyük ordulardan biri olan Ukrayna ordusu belə müasir silahlarla təchiz edilibsə, deməli, Ukrayna ərazisinə qarşı hər hansı bir quru qoşunlarla hücuma keçmək təhlükə yaradacaq. Əlbəttə, raket və aviasiya ilə Ukraynanı uzaqdan vurmaq olar, amma bu ərazini nəzarətə keçirmək mümkün deyil. Ərazini nəzarətə götürmək üçün mütləq quru qoşunlarla hərəkətə keçməlisən. Bu mənada hesab edirəm ki, hərbi toqquşmalar ola bilər, amma böyük masştablı qarşıdurma gözləmirəm. Çünki bu, Rusiya üçün müsbət nəticə verməyəcək və Moskva bu yolla istədiyinə nail ola bilməyəcək”.
Eldar Namazov qeyd edib ki, Ukrayna-Rusiya böhranından çıxış yolu da yoxdur:
“Burada mütləq uduzan və udan tərəflər olacaq. Əslinə qalsa, Ukrayna nə istəyir? Kiyev sadəcə biz Qarabağda etdiyimizi təkrarlamaq istəyir. İndi Ukraynaya Türkiyəni əvəz edə biləcək qüvvə lazımdır ki, ona qarant dursun. Ki, separatçıları təmizləmə əməliyyatına başlasa, rus qoşunları hərəkətə keçməyəcək, separatçı rejimlərə hərbi dəstək verməyəcək. Türkiyənin İkinci Qarabağ müharibəsində oynadığı rolu Ukrayna məsələsində ancaq NATO oynaya bilər. Açığı, mən buna şübhə ilə yanaşıram. Qarabağ müharibəsi zamanı bizim türk qardaşlarımız açıq və net şəkildə bəyan edirdilər ki, biz buradayıq, üçüncü ölkə prosesə müdaxilə etsə, qarşısında Türkiyəni görəcəklər. Üstəlik F-16 qırıcılarını da bura göndərdilər. Nəticədə biz ermənilərlə üz-üzə qaldıq və onların da dərsini verdik. Amma belə dövlət, beynəlxalq təşkilat və ya hərbi ittifaq yoxdur ki, Türkiyənin etdiyini Ukraynada təkrar etsin. Hələlik Ukraynaya hərbi yardım edilir və Rusiya iqtisadi sanksiyalarla hədələnir. Rusiya isə iqtisadi sanksiyalardan çəkinən ölkə deyil. Bu mənada mümkündür ki, Rusiya bu iqtisadi sanksiyaları nəzərə almadan da müəyyən hərəkətlər edə bilər. Ancaq bu hərəkətlər də yuxarıda qeyd etdiyim kimi geniş masştablı müharibəyə gətirib çıxarmayacaq. Ona görə ki, Rusiya bu yolla da istəyinə nail ola bilməz”
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar