Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Ramiz Mehdiyev elm məbədinin platformasından siyasi məqsədlərini reallaşdırır..." - Müşfiq Məmmədli

Tarix: 14-02-2022 15:46     Baxış: 3488 A- / A+
Müşfiq Məmmədli, 
Milli Məclisin deputatı


Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. Heydər Əliyev

Azərbaycançılıq Azərbaycan ideologiyasının təməlidir. Bu ideya bütöv xalqın, millətin, dövlətin marağının, onların birliyinin ifadəsidir. Azərbaycan iqtidarı uzun illərdir müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipini həyata keçirir. Dövlət müstəqilliyinin möhkəmlənməsi üçün vacib olan  milli dövlət maraqlarını təmin edir. Azərbaycanda ictimai və dövlət maraqlarının xalq tərəfindən müdafiə edilməsinin nəticəsidir ki, nəzərəçarpan inkişafa nail olunub. Bu inkişafı həzm edə bilməyən qüvvələr daxili sabitliyi pozub, inkişafın qarşısını almağa çalışırlar. Hər hansı bir siyasətçinin öz xüsusi maraqlarını başqalarına yeritməklə şəxsi istəyini reallaşdırma cəhdi isə yolverilməzdir. Bu addım nəinki hakimiyyət və ya siyasi qüvvələr tərəfindən, həmçinin, bütün cəmiyyət tərəfindən qəbul edilmir, qınaqla qarşılanır. Bu günlərdə AMEA rəhbəri Ramiz Mehdiyevin açıqlaması məhz bu qəbildəndir. Təəssüf hiss ilə qeyd etmək lazımdır ki, vaxtı ilə dövlətin üst səviyyəsində təmsil olunmuş, uzun illər siyasi təcrübəyə malik bir şəxsin hakimiyyətin vacib sütünu olan parlamentə çamur atması, öz ambisiyalarını həyata keçirmək niyyəti ümumilikdə cəmiyyət tərəfindən hiddətlə qarşılanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş məmnunluğunu təmin etmək üçün dövlət bir neçə mərhələdə islahatlar aparıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu islahatlar bir neçə mərhələdən ibarət olub. Müxtəlif vaxtlarda genişmiqyaslı, çoxşaxəli islahatlar mərhələsi ölkəmizdə parlament də daxil olmaqla bütün sahələri əhatə edərək, vətəndaşın, cəmiyyətin rifah halının yaxşılaşması istiqamətində mühüm dəyişikliklərə səbəb olub və proses davam edir. 

Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Heydər Əliyev

Ölkə rəhbəri, Cənab İlham Əliyev Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə həll etmək, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaq, bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparmaq kimi şərəfli missiyanı yerinə yetirir. Tariximizin şanlı dövrünü yaşadığımız vaxtda Ramiz Mehdiyev elmdən kənar, ürəkbulandıran yazıları ilə özünə səngər düzəltdiyi AMEA saytında çıxışlar edir, elm məbədinin platformasından siyasi məqsədlərini reallaşdırır. Siyasi polemika sağlam prinsiplər və dəyərlər üzərində qurulmalı olduğu halda Ramiz Ənvəroviç qaydaları pozur özünəməxsus etikadan kənar metoduna əl atır. 

Sonda mütləq şəkildə qeyd etməliyəm ki,  Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın inkişafında bu birlik mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində yeni bir səhifə açmışdır. 30 ildən sonra işğaldan azad edilmiş bölgələrə cənab prezident və birinci vitse-prezidentin dəfələrlə səfəri, həmin ərazilərdə qısa müddət ərzində quruculuq işlərinin başlanması, yeni infrasturkturla bağlı verilən qərarlar və onların icrası ali instansiyanın diqqət və qayğısından xəbər verir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sonuncu Ağcabədi və Ağdam rayonlarına etdikləri səfər regionçuluq və qohumabzlıq edənlərə, dövlətin imkanlarından istifadə edərək şəxsi mənfəətini güdən, digər dövlətlərin əlində alət olan şəxslərə verilmiş tutarlı cavabdır, möhtəşəm mesajdır! Eyni zamanda birbaşa ölkə rəhbərinin dünyada baş verən siyasi kataklizmlərdən, pandemiyanın yaratdığı ciddi problemlərdən dövlətimizi göz bəbəyi kimi qoruması danılmaz faktdır. 
Ona görə də hər bir vətəndaş müstəqil dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə şəxsi ambisiya və maraqlardan vaz keçməli , xalqın mənafeyinə və iradəsinə zidd intriqalara yol verməməli, cəmiyyətin beynini zəhərləyən, onları cahələtə sürükləyən fikir və təhriklərdən uzaq durmalı, xoşbəxt gələcək və rifah naminə, eləcə də dövlətimizin varlığı uğrunda həmrəylik nümayiş etdirməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar