Xəbər lenti
Ramiz Mehdiyevlə bağlı sensasion detallar - ƏTRAFLI
“YOLDAŞ MEHDİYEV, ƏGƏR QARABAĞ ERMƏNİLƏRƏ VERİLSƏ AZƏRBAYCAN XALQI SİZİ ÖZ SİYAHISINDAN SİLƏCƏK”.
Manevr.az xəbər verir ki, bunu tanınmış tarixçi və ədəbiyyatşünas, filologiya elmləri namizədi, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə öz Facebook səhifəsində yazıb. Professor özünün “MEYDAN: 4 İL 4 AY” kitabından Ramiz Mehdiyev barədə bəzi seçmələri qeyd edib. Onun yazısını olduğu kimi təqdim edirik:
“AZƏRBAYCAN KP MK-nın İDEOLOGİYA ÜZRƏ KATİBİ RAMİZ MEHDİYEV “MEYDAN: 4 İL 4 AY” KİTABIMDA (bəzi seçmələr):
“17 dekabr 1987 tarixdə Akademiya partiya komitəsinin XVII konfransı keçirildi. Akademik ZİYA BÜNYADOV çıxış edib, Ağanbeqyanın hərəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MK-nın ideologiya üzrə katibi RAMİZ MEHDİYEV’dən tələb etdi. O, vəziyyətin ciddi olduğunu, erməniləri müdafiə edən bəzi konkret şəxslərin adını söylədi. Cavabında isə R.Mehdiyev bildirdi ki, AĞANBEQYANIN ÇIXIŞI ŞƏXSİ FİKİRDİR VƏ ŞƏXSİ FİKİR BÜTÜN ERMƏNİLƏRİN FİKRİ DEMƏK DEYİL”.
“Akademik ZİYA BÜNYADOV camaatın gurultulu alqışları altında kürsüyə çıxan ilk, yığıncağı yekunlaşdırılan son çıxışçı oldu. R,MEHDİYEV’in burada olmasından istifadə edərək qabaqkı (başsız) iclas-mitinqlərdəki sözlərinin bir çoxunu təkrarladı. O dedi (son vaxtlar yalnız ana dilində danışır): Yoldaşlar, hamımız bu günlər həyəcanlıyıq. Ancaq bütün bu həyəcanlar olmaya da bilərdi. Əgər hadisələrə vaxtında düzgün qiymət verilsəydi, araqızışdıranlara layiqli cavab hazırlansaydı indiki ağır vəziyyət yaranmazdı. Kamran Bağırov, RAMİZ MEHDİYEV AKADEMİYA ALİMLƏRİNDƏN ÇOX FAYDALANA BİLƏR, MƏSLƏHƏT ALA BİLƏRDİ, ANCAQ BELƏ OLMADI; BİZ LAZIMSIZ ŞEY KİMİ ATILIB QALDIQ”.
“…başqa birisi R.MEHDİYEVƏ bu məsələ ilə bağlı yazılı sual verdi. R.Mehdiyev [sualı] oxudu: “Sizə elə gəlmirmi ki, gözləmə mövqeyi tutmaq mətbuatın çıxışlarının yoxluğunda da əks olunub? Siz Mərkəzi Komitənin katibi kimi özünüzü bu işdə günahkar bilirsinizmi?”.
Cavab:
– Mərkəzi Komitə Z.Balayan’a və başqalarına cavab vermək üçün, yazı yazmaq və nəşr etdirmək üçün heç kəsin qarşısını kəsməyib. (Zalda uğultu. Yerdən “yalandır!” səsləri). MƏTBUATDA CAVABLAR VERMƏKLƏ BİZ EHTİRASLARI QIZIŞDIRA BİLƏRİK. (Zalda qulaqbatırıcı uğultu və səs-küy)”.“R.MEHDİYEV tarixdən danışmağa başladı. Yerbəyerdən səslər ucaldı: “Mətləbə keçin! Suala cavab verin!”. Bu səslərin nəticəsi isə bu oldu: ‒ BİZ HİSSİYYATA QAPILA BİLMƏRİK. MƏTBUATDA HƏR SÖZÜ DEMƏYƏ EHTİYAC YOXDUR. (Zalda səs-küy, uğultu)”.
“Şərqşünaslıq İnstitutunun elmi işçisi İSA QƏMBƏROV:
– İndiyədək Qarabağ məsələsinə fikir verməmişik. Söhbət təkcə mənim Z.Balayanın kitabına yazdığım rəyin çap edilməməsindən getmir, ancaq OBYEKTİV CAVABLARIN QARŞISININ ALINMASININ BUGÜNKÜ VƏZİYYƏTİ YARATDIĞINI DƏRK ETMƏK GƏRƏKDİR. O vaxt məni çağırdılar ki, rəy, doğrudur, çap olunmayacaq, ancaq o, çox lazımlıdır, ondan istifadə edəcəyik; özün isə daha bu işlərlə məşğul olma.
Bunun nəticəsidir ki, xalqımız məlumatsız qalıb, onda həqiqət aclığı, məlumat aclığı var. Alimlərimizin üzərinə atılan böhtan düzgün deyil. Ziya Bünyadovun, Fəridə Məmmədovanın, başqalarının çox dəyərli əsərləri ortadadır. Ancaq tirajları çox azdır və həm də ruscadır. Niyə onlar dilimizə tərcümə edilib geniş yayılmır? Xalq “Qarabağ” deyir, ancaq Qarabağın tarixini bilmir. Sizi inandırıram ki, Qarabağdakı əhalinin çoxu da sonradan erməniləşdiklərini və ermənilərin buraya bu yaxınlarda köçüb gəldiyini bilmir. Ziya müəllimin, Fəridə xanımın əsərlərini erməni dilində buraxsaq bunun çox böyük faydası olardı.
İndiyədək biz nə vaxt həyəcan təbili çalmışıqsa Mərkəzi Komitə bizi sakitləşdirib, deyib ki, tədbir görərik, bizim siyasət gərək ermənilərinkinə oxşamasın, biz onların səviyyəsinə enə bilmərik.
YOLDAŞ MEHDİYEV, ƏGƏR QARABAĞ ERMƏNİLƏRƏ VERİLSƏ AZƏRBAYCAN XALQI SİZİ ÖZ SİYAHISINDAN SİLƏCƏK”./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar